Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini Fars körfəzi ölkəsinə satıb. Bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat verir.
Jurnalist Əbdülqədir Selvinin sözlərinə görə, alıcı BƏƏ və ya Qətər ola bilərdi, lakin hələlik sövdələşmənin rəsmi təsdiqi yoxdur.
Nəşr qeyd edir ki, Ankaranın S-400-dən imtina etməsi ABŞ-ın CAATSA sanksiyalarının ləğvinə və Türkiyənin F-35 qırıcı təyyarələri proqramına qayıtmasına yol aça bilər. ABŞ əvvəllər dəfələrlə Rusiya sistemlərinin Türkiyə ordusu tərəfindən yerləşdirilməməsini tələb edib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ölkəsinin ABŞ-ın yeni nəsil F-35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağınaəminliyini bildirmişdi.
