24.8 C
Bakı
10 İyul 2026 10:44
DünyaSiyasət

Rusiya Türkiyəyə qarşı çox qəzəblidir

Son günlər yaranan bir məsələyə diqqət edək. Hansı ki, Rusiya çox qəzəblidir Türkiyəyə qarşı.

Ankarada keçirilən 2 gün əvvəlki NATO sammitində Türkiyə, yəni, Prezidenti Ərdoğan ilk dəfə olaraq Ukrayna üçün Amerika silahları alınması üçün NATO-un mexanizmi olan PURL təşəbbüsünü dəstəklədi.

O, Kiyevə Türkiyə arsenalından hərbi yardımın davam etdirildiyini elan etdi və yenidən Rusiya ilə Ukrayna arası sülh vasitəçiliyini təklif etdi. Məncə, əsl səbəb Tramp-Ərdoğan yaxınlığıdır.

Rusiyaya Türkiyənin Ukraynanı silahlandırmaya qoşulması həm hərbi, həm siyasi tərəfdən çox qəbuledilməz olub. Bu, o demək olur ki, Türkiyə faktiki olaraq Kiyevlə hərbi əməkdaş olur. Həm də həmişə Qərb, NATO üzvü olsa da bir məsafə saxlayan Türkiyə, artıq, NATO ilə sıx yaxınlaşır.

Görün nə qəzəblə yazır, Kremlə yaxın “Pravda” nəşri:

“Türkiyə Rusiya tərəfdaşlığı illüziyası tam bitdi. Ərdoğanın bu hərəkətlərinə cavab verilməlidir!”

Nəşr bildirir ki, Moskva bu cür davranışı kobud, qaba hesab edir. Türkiyənin bu yolla Rusiyanın təhlükəsizliyini təhdid etdiyini bildirib və buna görə də aşağıdakı sərt tədbirlər təklif olunur:

Rosatom Akkuyu AES-də türk podratçılarını əvəz etməlidir, yaxud sanksiyalar səbəbindən istismara verilməsini təxirə, əngələ salmalıdır.

Hərbi dronların istehsal olunduğu Alabuqa Xüsusi İqtisadi Zonası ilə yanaşı Rusiyada türk biznesinin (təxminən 700 milyard P. gəliri olan 1600-dən çox şirkət) mövcudluğunu azaltmaq.

Rus pilotu ilə bağlı hadisədən sonra 2015-ci ildə olduğu kimi, 560 nömrəli Fərmanla Türkiyə şirkətləri idxalını, fəaliyyətini məhdudlaşdırma.

Türkiyəyə çarter reysləri və turları qadağan edilsin, Ankaranı rus turistlərindən gələn gəlir yolundan məhrum edilsin.

Bir məsələ də var, Ankaranın Rusiyadan aldığı S-400 raketləri Ukraynaya verilməsinin təsdiqi gözlənilir. Bu, Kreml üçün “qırmızı xətt” saylır!

Nəticə…

Nəticə üzrə, Türkiyə Rusiyadan tədricən qopur. Nəinki qopur, Moskvaya qarşı mövqeyə keçir! Niyə də qopmasın? Əvvəla Rusiyanın mövqeyi bərbaddır-haqsız, işğalçı. İkinci, çökən tərəfin yanında kim olmaq istəyər, Ərdoğana dövlətin başçısı kimi Türkiyə maraqları hər şeydən irəli olmalıdır. Üçüncüsü, Rusiyadan kim qaçmır ki, bu saat. Putinin ən yaxını Lukaşenko da qaçır!

Mənbə: https://military.pravda.ru/2368871-turkey-economic-relations-crisis/

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın İrana son hücumlarının əsl hədəfi

redaktor

Zelenski masaya oturmayacaq…

redaktor

ABŞ İranın Çin və Rusiyaya nəqliyyat dəhlizini kəsib

redaktor