25.9 C
Bakı
08 İyul 2026 22:20
İdman

“Zirə”dən ilk oyunda böyükhesablı qələbə

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” bu gün yarışda mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşıb. Matç “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kutaisi təmsilçisi 2025-ci ildə Gürcüstan yüksək liqasını 3-cü yerdə başa vuraraq  2026/27 mövsümü üçün KL-də oynamaq hüququ qazanıb.

8 iyul

20:00. “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan) – 3:0

Qol: Ruan Renato, 32, Davit Volkov, 47, Ruan Renato, 63-pen.

Baş hakim: Yoni Hyuyutiya (Finlandiya)

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın KL-dəki digər təmsilçisi “Neftçi” isə yarışa ikinci təsnifat mərhələsindən başlayacaq.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qarabağ”ın hücumçusu “Seltik”in düşərgəsində – Rəsmən təsdiqləndi

admin

Dünya çempionatında Cəbəllütariq finalı ola bilər

redaktor

Duran “Qarabağ”dan getmək üzrədir – “Seltik” nə qədər ödəyəcək?

admin