24 C
Bakı
16 Oktyabr 2026 11:52
DünyaSiyasət

NATO Ukraynaya 140 milyard avroluq hərbi yardım paketini təsdiqlədi

NATO-ya üzv ölkələrin liderləri Türkiyənin paytaxtı Ankarada keçirilən sammitdə Ukraynaya 2026 və 2027-ci illər üçün ümumilikdə 140 milyard avro (təxminən 160 milyard dollar) dəyərində nəhəng hərbi yardım paketi ayrılmasını rəsmən təsdiqləyiblər.

Sammitin yekununda qəbul edilən birgə bəyannamədə Ukraynanın transatlantik təhlükəsizliyə verdiyi töhfə xüsusi qeyd olunub: “Ukrayna transatlantik təhlükəsizliyə birbaşa töhfə verir və müttəfiqlər Kiyevə olan sarsılmaz dəstəklərində tam həmrəydirlər”.
Rəsmi sənəddə maliyyələşmənin illər üzrə bölgüsü də əksini tapıb: “Müttəfiqlər bu il hərbi texnika, birbaşa yardım və təlimlər üçün 70 milyard avro ayırmağı öhdələrinə götürürlər. Eyni zamanda, 2027-ci ilə qədər də ən azı bu səviyyədə dəstəyin davam etdirilməsi öhdəliyini bir daha təsdiqləyirlər”.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor