NATO‐nun Ankara zirvəsi transatlantik birliyin qorunması baxımından mühüm mərhələ kimi yadda qalacaq.
Bəzi bədbin və ehtiyatlı proqnozlara rəğmən, Tramp islasda kontruktiv mövqe tutub. Qəbul olunan yekun sənəd ittifaqın ABŞ və Avropa qanadları arasında konsensusu ortaya qoyur. Sənəddə Rusiyanın uzunmüddətli təhdid kimi qiymətləndirilməsi və kollektiv müdafiəyə dair 5‐ci maddəyə bağlılığın ifadə olunması mühüm detallardır.
Bu il Ukraynaya 70 milyard avro, 2027‐ci ildə isə azı bu qədər hərbi yardımın verilməsi də razılaşdırılıb. Ukrayna məsələsində Tramp administrasiyası ilə Avropa İttifaqı tərəfindən ilk dəfə son G7 zirvəsində ifadə olunan ortaq mövqe və siyasət Ankarada bir daha təsdiqləndi.
ABŞ‐ın Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya verməyə razılaşması isə günün ən önəmli hadisəsidir. Ukrayna Bayden dövründən bəri bu icazəni almağa çalışırdı. (Bayden bu barədə müraciətləri rədd etmişdi). Tramp eyni zamanda müharibədən sonra Ukraynaya təhlükəsizlik təminatı kimi ölkə səmasının qorunmasını üzərlərinə götürə biləcəklərini vurğulayıb.
Marko Rubio isə Rusiyanın dərinliklərinə zərbələr endirməkdə Ukraynaya kömək edəcəklərini bildirib. Məqsəd Moskvanı sülhə məcbur etməkdir.
