26.9 C
Bakı
08 İyul 2026 18:52
DünyaMuharibəSiyasət

Putinin sonu yaxınlaşır? Kreml daxilində panika

Bu yazı ilk olaraq “Daily Express”də dərc olunmuş məlumatlara əsaslanır.

Və göstərir ki, Rusiyada vəziyyət artıq kritik mərhələyə keçib.

Rusiyanın iqtisadi elitası müharibədən bezib.

Sanksiyalar milyardları əridir, kapital qaçır, gələcək isə qeyri-müəyyəndir.

Ən təhlükəli siqnal isə budur ki, elita artıq çıxış yolu axtarır.

Kremlə yaxın təbliğatçı Vladimir Solovyov-un aqressiv reaksiyası bunu açıq göstərir.

O, elitanı açıq şəkildə təhqir edir, “tacir donuzlar” adlandırır və onları xəyanətdə ittiham edir.

Bu artıq ritorika deyil. Bu, qorxudur.

Çünki tarixdə ən təhlükəli proses elitanın hakimiyyətdən üz döndərməsidir.

Təsadüfi deyil ki, Solovyov açıq şəkildə 1973-cü il Çili çevrilişinə istinad edir.

Bu isə o deməkdir ki, Kreml daxilində çevriliş ehtimalı real müzakirə mövzusudur.

Eyni vaxtda iqtisadi cəbhədə vəziyyət ağırlaşır.

Mərkəzi Bank və maliyyə sistemi təzyiq altındadır, müharibənin maliyyələşdirilməsi getdikcə çətinləşir.

Və ən vacib siqnal isə odur ki, təhlükəsizlik paranoyası güclənir.

Məlumatlara görə, Putinə yaxın çevrə tam nəzarət altındadır, telefon zəngləri məhdudlaşdırılıb, hərəkətlər izlənir, Putinin özü belə rezidensiyalarını dəyişir.

Bu nə deməkdir? Hakimiyyət artıq öz içindən qorxur.

Bu gün Rusiyada üç proses paralel gedir:

müharibə uzanır
iqtisadiyyat zəifləyir
elita narazılaşır

Bu isə tarixdə bir nəticə doğurur-sistem daxilindən dağılma.

Putin üçün əsas təhlükə artıq Ukrayna deyil. Əsas təhlükə öz çevrəsidir.

Və bu mərhələdə bir sual yaranır: bu, sadəcə böhrandır, yoxsa sonun başlanğıcı?

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

İran rejiminin, SEPAH-ın xilas Memorandumu şokda, komada…

redaktor

Meloni Ərdoğana gözlənilməz bir xahiş etdi

redaktor

Ukraynanın Omsk Neft Emalı Zavoduna hücumu bütün Rusiya yanacaq bazarına təsir edəcək

admin