Öncədən proqnozlaşdırdığımız kimi, ABŞ və İran arasında “Əsrin Sazişi” adlanan, üzərində də xeyli hay-küylü, “İran qələbəsi” şadlığı edilən Memorandum elə də çox çəkmir. Son koma, şok halını yaşayır, demək olar ki, can üstədir.
Bu gecə yarı İranın SEPAH təxribatı və onların dinc ticarət gəmilərinə hücumu sonrası, ABŞ ordusunun Bəndər Abbas və İran cənubunda SEPAH hədəflərinə zərbələri haqqında yazdıq.
Bu gün isə, Türkiyədə NATO sammitində olan Tramp bir sıra, Guardian, digər xeyli mötəbər nəşrlərə görə, oradan bunları bəyan edib:
“Tehran rejimini etibarlı tərəfdaş kimi görməyi tam dayandırıram..Onlar alçaq və canilərdir. Onlar aradan qaldırılmalı olan bir xərçəngdir”.
“Onlarla məşğul olmaq havayı vaxt itkisidir”, – deyən Amerika prezidenti bunları şərh edib:
“Biz onların xahişi ilə ali liderlərinin dəfni üçün 1 həftə atəşkəsi qəbul etdik, onlar isə, özləri bunu da pozdular. Düşünürəm ki, artıq bitib və onlarla olan sazişlə məşğul olmaq istəmirəm”.
Tramp İranla hərbi əməliyyatların dayandırılma haqda anlaşma memorandumunun müddətinin bitdiyini faktiki olaraq bildirib.
European Pravda-ın Türkiyədən, NATO sammiti tədbirindən verdiyi xəbərə görə:
Tramp açıq şəkildə Tehranla diplomatiyanın öldüyünü etiraf edir. Artıq raqmatik danışıqlar əvəzinə, o, sərt təcrid və güc nümayişi aparır.
Nə nəticə çıxır ortaya?
Görünür, “razılaşma əldə etmə” cəhdləri dövrü əksinə, Tehran, SEPAH rejiminin təmizlənməsi qaçılmazlığını bir daha sübut edir. Və görünür ki, Tramp və komandası, anlayıb ki, İran molla rejimi hər dəfə danışıq, atəşkəsi ABŞ-ın geriyə çəkilməsi kimi qəbul edir, yenə də “Amerikaya ölüm!” ruhunda izafi, ifrat yola davamdadırlar.
Və o da görünür ki, Türkiyədəki NATO sammiti sonrası, oradakı Tramp-Ərdoğan danışıqları və mühüm açıq və məxfi razılaşmaların sonrası, Türkiyə çətin ki, İran mövqeyini müdafiə etsin. Bəlkə də, Trampın NATO sammitinə gəlişində əsas səbəb daha çox, Ərdoğanla danışıq imiş.


