Misir-Argentina oyununda futbola baxan dünya insanının neçə faizi Misirin qalib gəlməsini istəyərdi?
Düşünürəm ki, 80 faiz adamlar zəifin yanında olmağa meyllidir. Çünki bu insanların çoxu zəifdirlər və psixoloji baxımdan Misirə meyllidirlər. “Argentina həmişə olur, qoy Misir də olsun” yanaşması, müsəlman həmrəyliyi, Argentinaya rəqib olan futbol ölkələrinin maraqları və s.
Amma dünyada futbol azarkeşi olanların 80 faizi Argentinanın qalib gəlməsini, Messinin çempionatda qalmasını istəyərdi hər halda.
Elə FİFA da bunu istəyirdi deyə, dünən Misir tarixinə əlavələr yaza bilmədi.
Bütün güclü futbol ölkələrin komandasında qaradərililər var. Amma Argentinada yoxdur.
Ümumiyyətlə Argentina irqçi ənənəsi olan ölkədir. Təsadüfi deyil ki, alman faşistlər ora meylli idi.
Trampın FİFA- ya təzyiq edib, ABŞ oyununçusunun cəzasını ləğv etdirməsi yeni dünya şərtlərinin böyük futbol səhnəsindən elanı idi.
Yeni dünyanın yeni beynəlxalq hüququ yaranasıdır.
Arzu edirəm ki, Mərakeş Fransanı məğlub etsin.
Görürəm ki, İngiltərə də dünya çempionu olacaq.
Olsun, yaxşı oynayırlar, futbolu ingilislər icad edib. Yeri gəlmişkən, icad etdikləri oyunda, onlara yeganə dünya çempionluğunu azərbaycanlı Tofiq Bəhramav hədiyyə edib.
Bu qədər texnoloji imkanlar artıb, amma hələ də dəqiq müəyyən edilməyib ki, hakim düz edib, ya səhv edib.
Daha bir yeri gəlmişkən, İngiltərə ilə Argentina arasındakı münasibətlər həmişə limoni olub. Ada üstündə müharibə də ediblər. Əslində Argentina – İngiltərə rəqabəti həm də alman-ingilis rəqabətidir.
Sona qalan 8 komandanın 4-ü əsas iddialıdır:
Argentina, Fransa, İspaniya, İngiltərə.
Argentinanı yarımfinalda İngilislər udar, Mərakeş də Fransayla, İspaniyanı.
Mərakeş-İngiltərə finalı möhtəşəm olar. Bilirsiz də Mərakeşlə İngiltərə – İspaniya torpaqlarında qurulmuş Cəbəllütariq ölkəsi var. Cəbəllütariq boğazına şimaldan İngiltərə, cənubdan Mərakeş nəzarət edir.
Arzuladığım, proqnozlaşdırdığım Cəbəllütariq finalı budur.

