26.1 C
Bakı
08 İyul 2026 12:41
Təhsil

Sertifikasiya yoxsa ixtisarlaşdırma !

Son illər müəllimlərin sertifikasiyası barədə yəqinki bilməyən yoxdur.Artıq bu adla aparılan prosesin 5 il tamam oldu.

Əlbəttə müasirləşən dünya ayaqlaşmaq üçün bütün sahələrdə olduğu kimi təhsilin (müəllimlərin) də təkmilləşdirilməsinə ehtiyac zəruridir.
Amma bu istiqamətdə həyata keçirilən tədbirlər təkcə hökumətin büdcə qısıtlamasına xidmətə deyil,doğurdan da təhsilin inkişafına təkan vermək üçün nəzərdə tutulursa.

Bu istiqamətdə ilkin addımı hökumət hələ 2016- cı ildə atmışdı. Müəllimlərin ilkin diaqnostik qiymətləndirilməsi aparılmaqla bu sahədə olan boşluqlar aydınlaşdırılmışdı. Təəssüf ki, neft-qaz gəlirlərinin yaxşı olduğu vaxtlarda hökumət bu prossesi illərlə ləngitdi..

Yenidən 2022-ci ildə başladılan və bu il (DQ-dən 10 il sonra) ilk dövrüyyəsi başa çatan “SERTİFİKATLAŞDIRMA” prosesi göstərdi ki, hökumətin əsas niyyəti təhsil yox büdcə gəlirlərinin azaldığı bir vaxtda təhsilə sərf olunan vəsaitləri qısıtlamaqdır. Bunu sübut edəcək çoxlu faktlar var. Biri elə ölkə üzrə müəllimlərin sayının qısa zamanda on minlərlə azaldılmasıdır.
İkinci fakt ortaya yeni fikir kimatdıqları amma sovet dövründən qalma TOM proyektdir.

Elm və Təhsil nazirliyi və onun tabeçiliyində olan müvafiq qurumlar tam orta məktəbləri ümumi orta məktəbə çevirməklə bunu bir yenilik kimi cəmiyyətə təqdim etməyə çalışırlar. Güya bununla təhsili avropa standartlarına uyğunlaşdıracaqlar. Halbuki Sovet dövründə kəndlərdə 4 illik, 8 illik məktəblər olub.İstisna olaraq bəzi kəndlərdə 10 illik tam orta məktəblər vardı. Təhsilini tam orta məktəblə bitirmək istəyənlər bir çox halda qonşu kəndlərə yaxud yaxın şəhər məktəblərinə getməli olurdular..
Bunlar da indi 10-12 kəndin məktəblərindəki 10-11 sinif şagirdlərini bir mərkəzdə tam orta məktəb yaratmaqla şagirdləri ora keçməyə məcbur edirlər..
Beləliklə 11 ilik təhsili 9 illik təhsillə əvəz edib, müəllimlərin əmək haqlarının azaldılması,məktəblərin təchizatından büdcəni azad etmək, texniki işçilərin ixtisarı hətta bir çox məktəblərin komplektləşdirmə (rasionallaşma) adı ilə birləşdirilməsi prosesi gedir.
İndi siz deyin,bu “sertifikatlaşdırmada” qazanan və itirən tərəfli çoxmu çətindir müəyyən etmək ?!
Azərbaycan elmi, təhsili,yeniyetməsi bu “islahatdan” qazanclı çıxır yoxsa hökumət “sandığın” ağzını xalqa sərfiyatdan kipləşdirir?!

P.S
25 ilin təhsil işçisi kimi onu da deyim ki, bu prosesi təhsilin xeyrindən yox ziyanına aparılan iş hesab edirəm .. Tarixçilər üçün keçirilən imtahanı ədalətsiz,qərəzli və Təhsil İnstitunun əksər başıboş əməkdaşlarının iş bilməzliyinin nəticəsiz işi kimi qiymətləndirirəm. Mən mümkün 60 baldan 45 topladım. İstər ixtisas, istərsə metodika (kurikulum hansıkı təhsildə adı var özü yoxdur) çox lüzumsuz, dolaşıq söz oyunu olan sualları bilik yoxlamaq deyil, müəllimləri ələ salmaq üçün idi..

 

Nazim Həsənov

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Koreya variantına doğru daha bir addım

redaktor

Kim rus əlifbasının əleyhinədirsə, o rus xalqının əleyhinədir

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin