22 C
Bakı
16 Oktyabr 2026 10:59
İqtisadiyyat

AQTA-nın yeni qərarı: Təhlükəsizlik, yoxsa əlavə xərc?

Rəsmi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin sərt tələblərinə cavab verməlidir.

Yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi “loser”ə çevirən səhvlərin təkraralanması. Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!

Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, “kiçik və effektiv” hökumət modelinə təcili keşməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq.
Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir – yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın AQEM sədrliyi: siyasi nüfuzdan iqtisadi dividendlərə

redaktor

Qardaşlıqdan danışırıqsa, faktları da unutmayaq

redaktor

İranda iqtisadi iflas prosesi başlayıb – Neft naziri niyə istefa verib?

redaktor