Proqnoz etdiyimiz tərzdə, ABŞ-İran danışıqları yenə də baş tutmadı.Tutmaz, çünki İran molla rejimi ilə danışıqlsr aparmaq sonu və nəticəsi olmayan meyxana deyişməsi kimi bir şeydir… Bu, molla-ayətullalar söhbəti yorucu uzatmaq və oyunu pozmaq, sonra yenə uzatmaq, yenə pozmaq üzrə ustadlrlar. Bunlarla dil tapılmaz.
Camaatı İsveçrəyə yığıb da danışıqlar zamanı birdən də durub, qarşındakını şoka salmaqla səhnə artistliyi və guya etirazla çıxıb getmək. Adını da qoymaq ki, Tramp niyə, İran barədə dünən xoşagəlməz açıqlama verib. Sualdır ki, bunu bilərək, İsveçrəyə görüşə niyə gəlib, niyə də guya etirazla çıxıb gedirsiniz? Primitiv “xod”.
Təqsir, bundan əvvəlki geniş yazımda yazılan kimi, ABŞ-dadır. Niyə bunlarla danışığa gedib bu səviyyəyə qaldırırsan ki, bunlar da, səhnə qurub, oyun çıxardırlar. Halbu ki, 2-3 ay əvvəl atəş zərbə altında gizlənməyə yer tapmırdılar. Görürsən, molla psixologiyasını, dirçələn kimi, burunları göylə gedir, sülh bağlansa nə edərlər?
P. S
Trampın xəbərdarlığı isə bu olub: “İran dərhal Livandakı yaxşı maaş alan proksilərinin xaos yaratmasının qarşısını almalıdır. Əgər ki bunu etməsələr, İrana yenidən, çox sərt, ötən həftə olduğu kimi, daha sərt zərbələr endirəcəyik!!”
