26.3 C
Bakı
18 İyun 2026 14:18
DünyaMuharibə

Zelenski Moskvaya edilən ən böyük hücumla bağlı şərh verib

Ukrayna Prezidenti Vladimir Zelenski Moskva neft emalı zavoduna və ölkənin regionlarına yeni zərbələr endirildiyini təsdiqləyib və Rusiyanı müharibəyə son qoymağa çağırıb.

Onun sözlərinə görə, Moskva neft emalı zavoduna, eləcə də Rostov vilayətindəki və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki hədəflərə zərbələr endirilib.

“Bu, Rusiyanın şəhərlərimizə və icmalarımıza hücumlarına tamamilə ədalətli cavabdır və eyni zamanda əsgərlərimizin Rusiya hərbi maşınını dəstəkləyən obyektlərdəki işinin daha bir vacib nəticəsidir”, – deyə o yazıb.

Zelenski həmçinin əlavə edib ki, “bu müharibəyə son qoymağın vaxtıdır və Rusiya diplomatiyada lazımi addımları atmalıdır”.

Xatırladaq ki, bu gün Moskva müharibənin əvvəlindən bəri Ukraynanın ən böyük dron hücumuna məruz qalıb. Rusiya paytaxtına təxminən 200 dron hücum edib. Moskva meri Sergey Sobyaninbildirib ki, Moskvaya yaxınlaşarkən vurulan dronların sayı 180-ə çatıb. Dronlar Moskva Neft Emalı Zavoduna və Sadovod ticarət mərkəzindəki binalardan birinə dəyib.

Rusiya Nəqliyyat Nazirliyibildirib ki, Ukrayna dronlarının genişmiqyaslı hücumu səbəbindən bütün Moskva hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampın müharibə səlahiyyətləri başa çatdı

redaktor

Bayden: Rusiya ABŞ, NATO və dünya üçün ciddi təhdidə çevrilir

redaktor

Delimxanovdan Priqojinə: Bəsdir anqırdın!

redaktor