26.3 C
Bakı
18 İyun 2026 14:01
DünyaGündəmSiyasət

Zelenski: “Ukrayna yanırsa, sizin Moskvanız da yanacaq”

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya müharibəni davam etdirərsə, Kiyev hücumlara cavab verəcək və onları nəticəsiz qoymaq niyyətində deyil.

Prezidentin sözlərinə görə, Ukrayna Rusiyaya qarşı artan sanksiyaları və iqtisadi təzyiqi sülhə nail olmaq üçün əsas vasitə hesab edir. O, ölkəsinin münaqişə axtarmadığını və onun uzanmasında maraqlı olmadığını, lakin vəziyyətin daha da gərginləşməsinə cavab olaraq hərəkət edəcəyini vurğulayıb.

Zelenski həmçinin bildirib ki, Rusiya tərəfi hərbi əməliyyatları davam etdirərsə, hərəkətlərinin nəticələri ilə üzləşməlidir.

O, həmçinin davam edən hərbi əməliyyatların qarşılıqlı dağıdıcı nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edərək, münaqişənin eskalasiyasının hər iki tərəf üçün ciddi nəticələrə səbəb olacağını vurğulayıb. “Əgər Ukrayna yanırsa, sizin Moskvanız da yanacaq”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, Moskva bu gün müharibənin başlanğıcından bəri Ukraynanın ən böyük dron hücumunaməruz qalıb . Rusiya paytaxtına təxminən 200 dron hücum edib. Moskva meri Sergey Sobyanin bildirib ki, Moskvaya yaxınlaşarkən vurulan dronların sayı 180-ə çatıb. Dronlar Moskva Neft Emalı Zavoduna və Sadovod ticarət mərkəzindəki binalardan birinə zərbə endirib.

Rusiya Nəqliyyat Nazirliyibildirib ki, Ukrayna dronlarının genişmiqyaslı hücumu səbəbindən bütün Moskva hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanla İordaniya arasında silah müqaviləsi qalmaqala səbəb olub

admin

“Prezident Pezeşkian Şəhriyarın məlum misralarını oxumaqla nə demək istəyir?” – Şahin Cəfərli

admin

Durov saxlanıldı, Teleqram fantastik sürətlə…

redaktor