Vəziyyət, qeyri-stabil, qeyri-ciddi qədər xaotik hala çatıb, Hər iki saatdan bir, gah müharibə, gah danışıqlara keçilir. Səbəb də, İran-SEPAH tərəfin oyunbazlığı və Trampın qərarsızlığıdır.
Dünən, orduya İranı sərt vurmaga hazır olun, əmri verən Tramp, bu gün, Tehranla mümkün razılaşmaya dair nikbinlik ifadə edir. İranın da nüvə proqramı daxil olmaqla, çətin məsələlər üzrə həftələrlə davam edən üzücü danışıqlar sonrası, nəticələr ola bilmə əminliyini bildirir.
Və nəticə nədir? İran Trampla Şərq nağılları üslubunda oyun, söhbət fırladır, Tramp da ki, İranla Qərb “sdelkası” alverçi üslubunda oyun fırladır: atəş-danışıq, danışıq-atəş siçan-pişik oyunu. Qarşıda, danışıqlar üçün, 60 gün vaxt ayrılıb. Bu 60 gündə, bəlkə, 6O dəfə “danışıq- atəş”lərlə pozuluşarlar. Çətin ki, nəsə alınsın.
Alınsa belə, bir neçə ay, ya bir ilə Tramp yenə qoşunu yığıb Körfəzə qayıdıb, İranı mühasirə etməyə məcbur olacaq. Çünki, neçə ki, İranın hakimiyyətində teokratik və yarım hərbi rejim var, bunların Xomeyni ideologiyası, bunları öz inqilablarını ixracdan, terrorlarını yaymaqdan vaz keçməyə qoymaz. Bunlar farağat durmaz, yenə regionda təxribat, qan-qadalar yaratmaq əməlləri ilə. Və Qərbin mənafeyinə zərbələrlə!
O zaman, Tramp artıq biyabırçı formada yenə qoşun toplayıb, gəlib İranla geniş müharibə ilə SEPAH rejimi ilə tam qurtarmalı olacaq. Lakin bu qələbə onun itirdiyi nüfuzunu bərpa etməz. Çünki Trampın nüfuzu və gələcək prezidentlik şansı bu dəfə və həm bu körfəzdə həll olunur!
