24.4 C
Bakı
06 İyun 2026 22:44
DünyaSiyasət

ABŞ İran qarşısında niyə gözlədiyi nəticəni əldə edə bilmədi?

“Ağ Evdə rəsmilərlə ünsiyyətimdən sonra anladım ki, Tramp administrasiyasında bir çox şəxs İranı Venesualla ilə eyniləşdirib.

Lakin bu aylar bizə göstərdi ki, İran bir Venesualla və ya Kuba deyil daha təhlükəli, daha güclü və daha dayanıqlı dövlətdir. Ən əsası Vyetnam müharibəsindən sonra ABŞ-a ən böyük ziyanı vurmuş dövlətdir”.

– Tuker Karlson

Bir çoxları ABŞ-a böyük bir ziyanın dəymədiyini qeyd edirdi. Bundan əvvəldə ABŞ rəsmilərdən biri, rəsmi olaraq İran ilə münaqişədə 25 milyar dollardan artıq ziyan dəydiyi, amma bunun doğru olmadığını, eyni rəqəmin 4.5 qatı ilə biləcəyini qeyd etmişdi. ABŞ/İsrail birliyinin müəyyən qədər silah-sursatları tükənib. Deyəcəklər: “ABŞ-ın silah-sursatı tükənən deyil”, ABŞ/İsrail İranın 20 min dollar dəyərində bir pilotsuz uçuş aparatını vurmaq üçün 200 min, 2 milyon dəyəri olan raketlərdən istifadə edirdi. Ballistik raketlərin vurulması üçün istifadə olunan HHM batareyalarını saysaq, 1, 6 milyon dollar aralığında bir maliyyə vəsaiti xərclənirdi. Amma təbii ki, burda məsələ sadəcə silah-sursat deyil, ABŞ Körfəz ölkələrində milyard dəyəri olan radarları, bazaları və bu bazalarda yerləşdirilən təyyarələri itirdi. Vurulan F-15, həmçinin radarlara görünməyən F-35 qırıcı təyyarələri oldu, təbii ki, bir çox F-35 almaq istəyən ölkələr bunun alınması üçün müraciətləri nəzərdən keçirirlər. ABŞ ehtiyyat edir ki, yenidən müharibə alovlansa, bu bazalara nəzarəti tamamilə itirə bilər. Zatən Ərəbistan ABŞ-a bildirmişdi ki, öz ərazisindən İrana hücum etməsi üçün icazə verməyəcək, buda (Türkiyə ilə bir araya gələndən sonra verilən qərar oldu). İsrail İranda yaşanan məğlubiyyəti həzm edə bilmir, İsrailin indiki hakimiyyəti ABŞ prezidenti Donald Tramp’a İranda hərbi əməliyyatların bərpa etdirilməsi üçün təzyiqlər göstərir. Avropa ölkələri ABŞ-a dəstək olmadıqları üçün bir çox təzyiqlərə məruz qaldılar, hətta Tramp Avropanı NATO-dan çıxmaqla bir-neçə dəfə hədələdi. Həmçinin İsrail istəyir ki, ABŞ NATO-dan çıxsın və ABŞ/İsrail birliyindən ibarət bir ittifaq qursun. Tramp iki oynayır, həm NATO-dan çıxmaq istəyir həm istəmir, əyər belə birşey baş versə Avropa’da söz haqqından mərhum olacaqdır. Sözün qısası: İsrailin arxasıyca gedərək İran bataqlığına düşərək məğlubiyyətlə üzləşən, get-gedə dünyada nüfuz itirən ABŞ burdan necə bir uğurla çıxa biləcəyini düşünür.

 

Fərhadli Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

BMT ABŞ-ın İraq və Suriyaya hava zərbələri endirməsindən narahatdır

redaktor

Putinin rəsmi saytı hücuma məruz qaldı

redaktor

“Milad bayramıdır səcdəgahımız!”: Mariya Zaxarova Milad bayramı mahnısı üçün şeir yazıb…

redaktor