2025-ci maliyyə ilinin əvvəlinə (1 oktyabr 2024) ABŞ Hərbi Hava Qüvvələrinin balansında (HHQ) 231 MQ-9 Reaper (MQ-9A) kəşfiyyat və hücum dronu var idi.
2026-cı maliyyə ilinin əvvəlinə (1 oktyabr 2025) onların sayə 165 oldu.
İranla müharibə müddətində ABŞ 30 MQ-9A itirdi.
Hazırda ABŞ HHQ-nin balansında 135 MQ-9A dronu var.
ABŞ HHQ-nin qlobal kəşfiyyat və zərbə missiyalarını fasiləsiz yerinə yetirə bilməsi üçün azı 189 MQ-9-a ehtiyac duyur.
Pentaqon MQ-9 tipli yeni dronlar almalıdır. Bu dronun istehsalçısı “General Atomics” şirkətidir. Şirkət artıq MQ-9A tipli dron istehsalını dayandırıb. Onun anbarında əvvəllər başqa müştərilərin sifarişi üzrə hazırlanmış, lakin alınmamış cəmi 10 MQ-9A var.
“The War Zone” nəşrinin məlumatına görə, hazırda HHQ MQ-9A-ların alınmasında tərəddüd edir: o çox bahadır (biri ~$30 milyon) və asanlıqla vurulur. Bu baxımdan Pentaqon MQ-9-un növbəti nəsli olan MQ-9B-yə (SkyGuardian) ümid bəsləyir – o MQ-9A-dan xeyli ucuz olmalıdır. Lakin MQ-9B hazırda ilkin inkişaf mərhələsindədir və onun istifadəyə verilməsi və qəbulu illər çəkə bilər.
