Putinin Sankt-Peterburq İqtisadi Forumundakı çıxışları bəzi fikirlərlə yadda qalacaq:
Rusiya Donbasın 85%-nə, Zaporojesin 80%-nə nəzarət edir, Luqansk isə 100% rusların əlindədir.
Rusiya hərbi qüvvələri döyüş xəttinin bütün istiqamətləri üzrə hücuma keçir.
Ukraynanın Rusiyanın zərbə sistemi kimi sistemi yoxdur, məsələn, hipersəsli, qanadlı raketləri və s. və i.a.
Ukraynadan fərqli olaraq Rusiyanın vətənpərvərliyi və xalqının iradəsi var.
“Oreşnik”lə Ukraynanın sarayını ona görə vurduq ki, hər metrində nə qədər blok düşdüyünü saya bilək. Bu, həmin silahdan gələcəkdə istifadə etmək üçün lazım idi.
Biz sözsüz ki, Ukrayna ilə danışıqlara hazırıq və bunu istəyirik, sülh danışıqları Ankoricdə Trampla danışıqlar əsasında olmalıdır.
Putinin fantaziyalarının həddi -hüdudu yoxdur. Ukrayna ordusunun qətiyyətlə irəliləməsi və rus əsgərlərini bütün cəbhə boyu geri oturtması, Rusiyanın dərinliklərinə qədər nüfuz edərək enerji infrasturkturunu məhv etməsi, ölkədə yanacaq qıtlığının yaranması və adi benzinin artıq talonla verilməsinə başlanılması bu təxəyyülün xaricində qalıb. Belə görünür ki, Rusiya prezidenti həm də məlumat boşluğunda yaşayır. Ona reallığı yox, qəzəbinə tuş gəlməmək üçün eşitmək istədiyi uydurulmuş məlumatları çatdırırlar.
Daha sonra:
“Əgər biz danışıqlar masasına otursaydıq, mən Zelenskiyə deyərdim, şükür allaha ki, hər şey bitdi”.
Bəs Zelenski nə deyərdi? Zelenski bu xüsusda Putinə açıq məktubunda yazıb:
“… Ukrayna müstəqilliyini qoruyur. İstənilən proqnoza baxmayaraq qoruyub saxlayacaq.
…Siz Rusiyanın tarixində ilk hökmdarsız ki, kömək üçün Şimali Koreyaya müraciət etməyə məcbur olmusuz.
…Siz bu gün tamamilə Çindən asılısız. Bu da Rusiyanın tarixində ilkdir.
… Siz Rusiyanın yox, daha çox şəxsi mövcudluğunuz üçün çalışmalı olacaqsız. Rusiyanın tarixi deyir ki, Rusiya yorulanda dəyişikliklər baş verir.
…Əgər siz şəxsən öz düşüncənizdə müharibəni bitirmək qənaətinə gəlməsəz, Ukrayna da mövcudluğu uğrunda müharibəni davam etdirəcək”.
Ən maraqlı hissə isə Putinin prezidentliyi ilə bağlı olub:
– Siz ölkəni artıq 26 ildir ki, idarə edirsiz. Siz hələ 2036-cı ilədək prezident olacaqsız? Sağlamlığınız imkan verəcək?
– Bunu yalnız allah bilir. Düzdür, konstitusiya mənə 2030-cu ildə də namizədliyimə imkan verir. Amma bu barədə danışmaq hələ çox tezdir. Mən bu barədə düşünmürəm. Mən yalnız Rusiyanın gələcəyi barədə düşünürəm.
Nəyi düz deməsə də, sonuncu cavabında düz deyir, Rusiyanın gələcəyi də, maraqları da Putini düşündürür, amma şəxsi istəkləri üzərindən.
