Bu, Paşinyan üzdə oynaya-oynaya, altda ciddi işlər görür Rusiyanın seçki pozuculuğuna qarşı.
Neçə vaxtdır Kreml plan hazırladı ki, Rusiyada yaşayan və Ermənistan vətəndaşı da olan xeyli erməni içindən 200 min nəfərini seçib, İrəvana göndərsinlər. Seçkidəki rusiyapərəst namizədə səs versin, bu adla da pozuculuq işləri aparsın.
Ermənilərdən seçdilər, bileti, əlavə pullarını da xeyli verdilər, təlimlərini keçirtdilər və son seçki ərəfəsi, dünəndən yolladılar İrəvana. Paşinyan nə etdi? Boş durub baxardımı, bu təxribatlara?
Hökuməti qərar çıxartdı ki, Ermənistana gələn bütün ermənilər 55 yaşdan aşağı hərbi təlimə göndərilsin, 25 günlük. İrəvanın hava limanına içəri daxil olan kimi, çağırış vərəqəsini təqdim edirlər. İmtina edənə cinayət işi açılır, həbs ilə.
İndi, ölkəyə qayıdan erməniləri, kütləvi surətdə hərbi polis götürüb, hərbi düşərgələrə göndərir. Ermənistan müxalifəti hay-küy qaldırır, Moskva isə Solovyovlar, siyasi-ictimai şəxslər və media hay-həşirdə. Paşinyan yenə, Putini hirsləndirdi!
