19 C
Bakı
04 İyun 2026 10:44
Dünya

Orta Dəhlizin rəqabət qabiliyyətini artıran strateji investisiya

Gürcüstanın dəmir yolu və avtomobil yollarının inkişafına yönəlmiş 372 milyon ABŞ dolları həcmində Dünya Bankı maliyyələşdirməsi Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Orta Dəhlizin əsas çağırışlarından biri marşrut boyunca infrastrukturun sinxron inkişafının təmin edilməsidir. Azərbaycanın Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt limanı və logistika infrastrukturu üzrə son illərdə həyata keçirdiyi investisiyalar yalnız qonşu ölkələrdə də uyğun modernizasiya aparıldığı halda tam effekt verir.

Gürcüstan Dəmir Yolunun lokomotiv parkının yenilənməsi, enerji təchizatının gücləndirilməsi və dəmir yolu infrastrukturunun modernləşdirilməsi yükdaşımaların etibarlılığını və buraxıcılıq qabiliyyətini artıracaq. Bu isə Çin–Mərkəzi Asiya–Xəzər–Qafqaz–Avropa marşrutu üzrə tranzit müddətlərinin azalmasına və logistika zəncirinin daha dayanıqlı olmasına xidmət edəcək.

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, layihəyə Dünya Bankı ilə yanaşı Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının da qoşulması beynəlxalq maliyyə institutlarının Orta Dəhlizin gələcəyinə inamının göstəricisidir. Bu, artıq regional deyil, qlobal ticarət və təchizat zəncirlərinin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan marşrut kimi qiymətləndirilir.

Nəticə etibarilə, Gürcüstanda həyata keçiriləcək bu investisiyalar yalnız ölkənin nəqliyyat sistemini gücləndirməyəcək, həm də Azərbaycanın əsas iştirakçılarından olduğu Orta Dəhlizin yükdaşıma potensialının və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

 

Rauf Ağamirzəyev

Tacxeber.com

Oxşar xəbərlər

Afrikalılar niyə digər qitələrdəki insanlardan daha sürətli qaçırlar?

redaktor

Tacikistan DİN Rusiyanı faktla təkzib etdi – Foto

admin

İrəvanda polis Koçaryanın oğlunu saxladı.

admin