DünyaSiyasət

Zelenski Putinin hədələri barədə: “Ermənistanı dəstəkləmək lazımdır, Azərbaycanı dəstəkləmək lazımdır”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın avrointeqrasiya meyllərinə görə “Ukrayna ssenarisi” ilə üzləşə biləcəyi barədə sözlərinə reaksiya verib. O, Avropa İttifaqını (Aİ) təhlükəsizlik haqqında daha çox düşünməyə və Rusiyaya görə zərər çəkə biləcək ölkələrin xalqlarını dəstəksiz qoymamağa çağırıb.

Zelenski qeyd edib ki, “Rusiya indi digər qonşu ölkələri də əvvəlkindən daha açıq şəkildə hədələyir”.

“Rusiyanın hər bir qonşusu Ermənistan barədə deyilən sözləri eşitdi. Halbuki, bu ölkənin xalqı öz gələcəyini seçmək hüququna malik olan yeganə tərəfdir və bunu özü edəcək. Rusiyanın Ermənistan haqqında dedikləri, əslində, təkcə onunla bağlı deyil. Hamı təhlükəsizlik barədə daha çox düşünməli, birgə addımlar atmalıdır ki, siyasi tərəfdaşlıqlar işləsin, müasir müdafiə istehsalatları, müasir müdafiə səriştələri, həmçinin maksimum dərəcədə şaxələndirilmiş iqtisadi əlaqələr olsun. Elə etmək lazımdır ki, heç kim Rusiyadan asılı olmasın və onlara xalqları şantaj etmək üçün alətlər verməsin”.

Zelenski ümidvar olduğunu bildirib ki, Avropanın və xüsusilə Aİ-nin bu məsələlərdəki mövqeyi prinsipial, güclü və vaxtında olacaq.

“Heç kimi dəstəksiz qoymaq olmaz, Avropanın heç bir xalqı itirməyə, heç bir ölkəni əldən verməyə haqqı yoxdur: Ermənistanı dəstəkləmək lazımdır, Moldovanı dəstəkləmək lazımdır, Baltikyanı ölkələri, Azərbaycanı dəstəkləmək lazımdır. Gürcüstan xalqını dəstəkləmək üçün yollar tapmaq lazımdır və bu, ümumi Avropa vəzifəsidir. Heç kimi itirmək olmaz”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə məmurlara “iPhone” istifadəsi qadağan edilə bilər

redaktor

Mask Baydeni tənqid etdi

redaktor

Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?

redaktor