23 C
Bakı
22 Oktyabr 2026 16:06
Sağlamlıq

Bağırsaq xərçənginə qarşı vaksin insanlara vurulmağa başladı

Rusiyada kolorektal xərçəngə qarşı hazırlanmış “Onkopept” adlı vaksin ilk dəfə xəstələr üzərində tətbiq olunmağa başlayıb. Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova bildirib ki, artıq ilk 5 pasiyent vaksini qəbul edib və müalicə prosesi davam edir. Onun sözlərinə görə, preparat təhlükəsizdir və xəstələr tərəfindən yaxşı qarşılanıb. İlk vaksinasiya olunan pasiyent artıq preparatın 6 dozasını alıb.
Məlumata görə, vaksin hər xəstə üçün fərdi qaydada hazırlanır və pasiyentin genetik materialı əsasında istehsal edilir. Hazırda daha 35 nəfər vaksinasiya növbəsindədir. Xəstələrin müraciəti üçün xüsusi internet portalı fəaliyyət göstərir və müraciətlərdən sonra onkoloqlar
5 iş günü ərzində konsilium keçirərək vaksinin tətbiqinə ehtiyac olub-olmadığını müəyyənləşdirir.
Qeyd edək ki, “Onkopept” vaksininin kliniki praktikada istifadəsinə 2025-ci ilin noyabrında icazə verilib, ilk pasiyentə isə preparat 2026-cı ilin martında vurulub. (Saglamolun.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Şəfa deposu narlı çay resepti

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor