CəmiyyətSiyasət

Siyasi məhbuslarla görüşlər əsl işgəncəyə çevrilib

Siyasi məhbus Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı yazır:

“Bu gün Ruslanla görüş günümüz idi.

Artıq hər kəsə məlumdur ki, açıq görüşlərə icazə verilmir. Şüşə arxası görüşlər isə sözün əsl mənasında işgəncəyə çevrilib. Görüşə buraxılmaq üçün bizi 3 saata yaxın gözlədirlər. Saatlarla günün altında, küləkdə, heç bir səbəb göstərilmədən gözləməyə məcbur qalırıq. Səbəb nədir? Heç nə. Sadəcə nə qədər əziyyət verə biliriksə, verək prinsipidir zənnimcə.

Onsuzda iki ildən çoxdur ki, məni, övladımı heç bir səbəb olmadan, yalnız siyasi baxışlarına görə atasından ayırmısınız. Açıq görüş olmadığı üçün övladım aylardır atasını görmür. Heç olmasa, bu qədər zülm etməyin!

Gözlədiyimiz müddətdə Şəmşad Ağanın və Ələsgər Məmmədlinin ailəsi ilə söhbət etmək imkanımız oldu. Ələsgər bəyin, Şəmşad Ağanın, Ruslanın səhhətində ciddi problemlər var.

Ələsgər bəyin vəziyyəti hər kəsə məlumdur – onun təcili şəkildə keyfiyyətli müayinə və müalicəyə ehtiyacı var. Şəmşad bəy öd və mədə problemlərindən əziyyət çəkir. Ruslanın da ödündə ciddi problem var və əməliyyat olunmalıdır. Söhbət zamanı onun rənginin solğun olduğunu gördüm. Məni narahat etməmək üçün “yaxşıyam” desə də, yaxşı olmadığı açıq-aşkar hiss olunurdu. Təzyiqi tez-tez yüksəlir, ödündə şiddətli ağrılar olur.

Bu şəxslərin təcili olaraq müalicəyə, həkim nəzarətinə, əməliyyata ehtiyacı var. Təssüf ki, hakimiyyətin nifrət və kini nəticəsində onlar nə azadlığa buraxılmır, nədə ki keyfiyyətli müayinə edilmir.

Görüşün sonunda Ruslan heç olmasa canlı şəkildə sağollaşmaq istədiyini bildirdi. Buna da icazə verilmədi. Eyni münasibət Ələsgər bəyə də göstərildi. Halbuki onun yaşlı anası rayondan oğlunu görmək, ona sarılmaq ümidi ilə gəlmişdi.. Şəmşad bəyin qızı da görüş boyunca “bəlkə sonda canlı görüşə icazə verərlər” ümidi ilə gözlədi. Ona da bu imkan verilmədi…

Beləliklə, həm bizə, həm də əzizlərimizə mənəvi işgəncə verməyə davam edirlər. Amma bir şeyi unudurlar: bu davranışlar bizi incidə bilər, ancaq yıxa bilməz. Çünki biz haqlı tərəfik. Haqq nazilər amma üzülməz! Tarix göstərib ki, zülm nə qədər uzun olsa da, əbədi olmur. Əbədi olan haqqın və ədalətin gücüdür!

Ümid edirəm və inanıram ki, tezliklə haqq ədalət öz yerini alacaq və siyasi məhbuslar haqqları olan azadlığa qovuşacaqlar! (Azadlıq qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Müəllimlərin və onları örnək bilən şagirdlərin nitqi fəlakətdir.

redaktor

“FSB” azərbaycanlı polis rəisini niyə indi həbs etdi?

redaktor

“Sülhə “hə” deməliyik, əks halda gec olacaq” – Erməni siyasətçi

redaktor