CəmiyyətDünya

Putinə xidmət edən abırsız azərbaycanlılar

Rusiyada yaşayan ermənilərə ruslar ödənişsiz təyyarə biletləri paylayır. Onlardan tələb olunan odur ki, Ermənistana gedib Paşinyana qarşı səs versinlər. Bunun üçün ruslar 500 milyon dollar vəsait ayırıblar. Bu pullarla 100 minə yaxın erməninin Rusiyadan Ermənistana göndərilməsi nəzərdə tutulub.

Eyni ssenari Moldovada da yaşanmışdı. Putin Rusiyada yaşayan moldovalıları müxtəlif yollarla Moldovaya daşıyırdı ki, onlar Rusiyanı dəstəkləyən şəxsə səs versinlər.
Göründüyü kimi, Putin iqtidarı Azərbaycanla müqayisədə Ermənistan və Moldovada daha abırlı davranır, birbaşa seçki qutusuna müdaxilə etmir və ya edə bilmir.

Edə bilməməsinin əsas səbəbi isə həmin ölkələrdə Azərbaycandakı kimi abırsız hakimiyyət və abırsız büdcə təşkilatları işçilərinin sayının məhdud olmasıdır. Ruslar
Moldova və Ermənistanda birbaşa qutuya müdaxilə edib, total seçki saxtakarlığı həyata keçirmək istəsə də bunu edə bilmir.

Total seçki saxtakarlığı üçün toplumda abırsız, şərəfsiz, alçaq, pula və vəzifəyə görə hər şeyini satmağa hazır olan böyük bir kütlə olmalıdır. Bu kütlə də bizdə var. Buna görə Putinin Azərbaycandakı seçkilər zamanı yarım milyard dollar xərc çəkməsinə ehtiyac qalmır. Abırsız hakimiyyət və onun abırsız qulluqçuları seçki qutularını doldurub Putinə lazım olan şəxsi qalib elan edirlər hər zaman.

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Fan-klub liderindən etiraf: Rəhbərlik Samir Abasova qarşı bizi doldurmuşdu

admin

Rusiyada qadın 3 il ərinin mumiyalanmış cəsədi ilə yatıb – FOTO/VİDEO

redaktor

“Havayı tədbir olur? Bunun çayı, kofesi var…” – Baba Vəziroğludan yeni açıqlama

redaktor