Cəmiyyət

95 min abort: bu artıq milli fəlakətdir

Azərbaycanda 2025-ci ildə 95 117 abort qeydə alınıb.

Bu rəqəm artıq sadəcə statistika deyil. Bu, milli faciədir.

Düşünün:

2021-46 min
2022-57 min
2023-73 min
2024-78 min
2025-95 min

Cəmi bir neçə ilə abort sayı demək olar ki, iki dəfə artıb.

Bu məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında yer alır və Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanır.

Yəni bu rəqəmlər müxalifətin yox, dövlətin öz statistikasıdır.

İndi isə ən ağır sual:

Bu ölkədə nə baş verir ki, insanlar uşağı dünyaya gətirməkdən qorxur?

Çünki:

sosial təminat zəifdir
uşaq böyütmək bahalaşıb
gələcəyə inam azalır
dövlət isə ailəyə dəstək vermək əvəzinə təbliğatla məşğuldur

Ən dəhşətlisi isə budur:

3244 abort 15–19 yaş arası qızlar tərəfindən etdirilib
onlardan 66-sı 15–17 yaş arasıdır

Bu artıq təkcə iqtisadi məsələ deyil.

Bu:

sosial çöküşdür
mənəvi böhrandır
gələcəyin aşınmasıdır

Mən hələ selektiv abort problemindən danımıram. Ən qorxulu problem selektiv abort — yəni uşağın cinsinə görə abort etdirilməsi olub. “Oğlan uşağı”na üstünlük verilməsi də Azərbaycanın ən ciddi sosial problemlərindən sayılır…

Amma Azərbaycanda rəqəmlərin bu sürətlə artması artıq başqa miqyasdır.

Bu artıq “ailə problemi” deyil. Bu, dövlət səviyyəli təhlükədir.

Ən ironik tərəf isə budur: Bir tərəfdən “ənənəvi ailə dəyərləri”ndən danışırlar və “milli-mənəvi dəyərlər” təbliğ olunur. Digər tərəfdən ölkədə doğulmamış uşaqların sayı rekord həddə çatır.

Ən qorxulu tərəf budur: Bir cəmiyyət uşağı sevə-sevə yox, qorxa-qorxa dünyaya gətirirsə, orada artıq sadəcə demoqrafik yox, mənəvi böhran başlayır.

Uşağın doğulmasını riskə çevirən sistem Azərbaycanın gələcəyini məhv edir.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Məmurlar ağzını açanda deyir ki, Avropada ictimai nəqliyyat daha bahadır.

admin

“Unibank”dan şikayət- Müştərinin hesabından pulu vermirlər

redaktor

“Deputatlığa namizədliklə bağlı təklif gəlsə, fikirləşərəm…” – Yazıçı Anar

redaktor