İqtidar jurnalistləri xalqın üzərinə gedir. Azərbaycanda uşaq pulu istəyən insanları artıq açıq-aşkar təhqir edirlər: “Uşaqpulu istəyən kişi fahişə qadından pisdir.”
Bu artıq sadəcə söz deyil.
Bu, açıq şəkildə xalqın təhqiridir.
Bu, dövlətin öz vətəndaşına münasibətinin çılpaq ifadəsidir.
Bu, kasıb insanın, uşağını dolandırmaq istəyən atanın, ananın aşağılanmasıdır.
Amma reallıq nədir?
Qərbdə təkcə uşaq pulu verilmir.
Qərbdə uşağa görə təqaüd də verilir.
İsveçrədə valideyn təqaüdə çıxırsa və uşağı hələ kiçikdirsə, dövlət ona ayrıca “Kinderrente” verir. Bu əlavə, valideynin pensiyasının təxminən 40 faizidir.
Orta hesabla 4 min frank (frank avrodan bahadır) pensiya alan bir insan üçün bu, əlavə 1600 frank deməkdir.
Yəni dövlət açıq deyir: “Valideyn işləmirsə, uşağın yükünü biz də bölüşəcəyik.”
Bu, təkcə İsveçrəyə aid deyil.
Almaniyada, Avstriyada, Fransada, Skandinaviya ölkələrində uşaqlı ailələrə ciddi maliyyə dəstəyi var. Kanadada “Canada Child Benefit”, Britaniyada “Child Benefit” sistemi işləyir.
Yəni dünyanın ən inkişaf etmiş, ən “kapitalist” ölkələri belə uşağa görə pul verir.
Çünki onlar anlayır:
Uşaq təkcə ailənin yox, dövlətin gələcəyidir.
Azərbaycanda isə nə edirlər?
Özlərini görməzliyə vururlar.
Bilmirmiş kimi davranırlar.
Və ən pisi — istəyənləri təhqir edirlər.
Uşaq pulu istəyən insanı alçaldırlar.
Onu günahkar kimi göstərirlər.
Sanki uşaq böyütmək cinayətdir.
Bu, artıq sosial siyasət deyil.
Bu, düşüncə iflasıdır.
Qərbdə dövlət deyir:
“Uşaq böyüyür — biz dəstək verəcəyik.”
“Aanaloqsuz inkişaf edən” Azərbaycanda isə deyirlər:
“Uşaq saxlayırsansa, özün bax. Dövlətin işi deyil.”
Və bunu dinlə izah etməyə çalışmasınlar.
Bu, nə dinlə bağlıdır, nə də mədəniyyətlə.
Səudiyyə Ərəbistanı vətəndaşına pul verir.
Birləşmiş Ərəb Əmirlikləri sosial təminat verir.
Qətər əhalinin rifahını birbaşa dövlət hesabına təmin edir.
Hətta müharibə içində olan Rusiya və Ukrayna belə uşaq pulu verir.
Bu faktların qarşısında hələ də uşaq puluna qarşı çıxanlar var.
Açıq deyək:
Bu, sadəcə səhv deyil.
Bu, ayıbdır.
Ən pisi isə budur:
Xalqdan qorxan sistem xalqı aşağılamağa başlayır.
Bəs Qərbdə nədən “dövlətdən uşaq pulu” istəməyin deyən kəsim yoxdur? Çünki Qərb siyasətində bu tip yaltaqlara, uşaqların hesabına öz qarnını dolduranlara yer yoxdur. Belələrinin üzünə sadəcə tüpürərlər. Qərb ona görə Qərbdir ki, orada siyasətlə ləyaqətli adamlar məşğul olur, yırtıcılar yox…
Uşaq puluna görə xalqı aşağılayanlar bir bir şeyi unutmasın:
Bu gün uşaq pulu istəyənləri təhqir edənlər,
sabah o uşaqların qarşısında cavab verəcəklər…
