CəmiyyətHadisə

Yenə cəmi 10 dəqiqəlik yağış və şəhər yenidən iflic oldu

Şəhərin mərkəzində, Qış Parkının kənarında maşını parkovka edib, yeraltı keçidə yaxınlaşdım. AzDrama-ya gedəcəkdim.
Yeraltı keçid subasma səbəbindən bağlanmışdı.
Bildirdilər ki, yeganə yol birbaşa küçəni keçməklə mümkündür.

Artıq söhbət hansısa bir “anomaliya”dan yox, şəhər təsərrüfatının idarə olunması problemindən gedir.
Bir neçə dəqiqəlik güclü yağış və dolu nəticəsində yenə yollar, tunellər, keçidlər su altında qaldı, hətta şəhərin mərkəzi ciddi problemlə üzləşdi.

Ən narahatedici məqam isə odur ki, bəzi ərazilərdə problem illərdir təkrarlanır.
Yağış bir az güclənən kimi eyni keçidlər, eyni küçələr, eyni tunellər su ilə dolur.

Bu vəziyyətdə artıq yalnız uzunmüddətli Dövlət Proqramından danışmaq kifayət deyil. Bəli, “2026–2035 Dövlət Proqramı” var, uzaq dövr üçün ağlabatan tədbirlər də müəyyənləşib.
Amma görünür, yaxın dövr üçün əlavə və təcili tədbirlərə ehtiyac yaranıb.
Çünki bu Proqram üzrə ən yaxşı halda 2030-cu ildə müəyyən nəticələr əldə olunacağı bildirilib.

Düşünürəm ki, şəhər təsərrüfatında daha ciddi araşdırma , monitorinq, texniki audit aparılmalıdır.
Son illərdə tikilən yollar, tunellər , keçidlər və yaşayış massivlərinin drenaj vəziyyəti yenidən yoxlanmalıdır.
Belə görünür ki, yollarda mövcud olan kollektorlar, bütün dəlmə-deşiklər ya tutulub, yaxud da üstü asfaltlanıb.
Hansı kollektorların bağlandığı, hansı su axın xətlərinin dəyişdirildiyi açıqlanmalıdır.

Bu nəticələr əsasında yaxın müddət üçün tədbirlər müəyyən edilməlidir.

Çünki cəmiyyət üçün çox maraqlıdır. Necə olur ki, şəhərin bəzi keçidlərində düzgün mühəndis həlli tətbiq edilir və problem yaşanmır, digərlərində isə hər yağışda eyni mənzərə təkrarlanır?
Görəsən daha uzunmüddətli yağışlar olarsa nə baş verə biləcək?

Əlbəttə, son zamanlar yağışların çox olması anlaşılandır. Amma bu artıq təkcə hava məsələsi deyil. Bu, layihələndirmə, nəzarət, koordinasiya , cavabdehlik və hesabatlılıq məsələsidir.

Düşünürəm ki, indiki anda hökumət həm uzunmüddətli proqramın icrasını sürətləndirməli, həm də yaxın dövr üçün operativ və şəffaf tədbirlər planı təqdim etməlidir.
Əks halda hər dəfə 5-10 deqiqəlik yağışdan sonra şəhərin yenidən iflic olması adi hala çevriləcək.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

Şokoladdakı birləşmələr “yaxşı” xolesterinin səviyyəsini artırır

redaktor

Hüquqşünas Namizəd Səfərov SAXLANILDI

redaktor

Atası gənc şairdən üz döndərdi: “Dedi ki, sən adam deyilsən”

redaktor