Deyəndə ki, NATO Rusiyanın Ukraynaya müharibə elan etməsi üçün bəhanə idi, anlamırdılar. Rusiyanın Ukraynaya hücumunun 1 səbəbi var idi: demokratiya. Putinin nifrət etdiyi də budur. Çünki, demokratiya xalqların rifah halına birbaşa təsir edir. Mənə demokratik institutların saat mexanizmi kimi çalışdığı elə bir ölkə göstərə bilməzsiz ki, orada rifah halı aşağı olsun.
Eyni proseslər Ermənistanda baş verdi. Demokratik yolla hakimiyyətə gələn Paşinyanı devirmək üçün Rusiya bütün vasitələrə əl atdı. Hetta Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə icazə verdi. Əvvəl düşündü ki, torpaqların böyük hissəsini itirmək Paşinyanın devrilməsinə səbəb olacaq. Bu baş vermədi. Sonra qalan ərazilərin işğaldan azad olunması, ermənilərin kütləvi qovulması prosesi başladı. Anlaşılan budur ki, Putin həm Paşinyanı devirmək istəyirdi, həm də konfliktin tam həll olunmamasını düşünürdü. Putin, böyük ehtimalla, düşünürdü ki, Qarabağdan gedən ermənilər Paşinyanı devirərlər. Hətta, düşünürəm, Türkiyənin bu proseslərə cəlb olunması da ermənistan əhalisini qıcıqlandırmaq üçün idi.
Görünən odur ki, Ukraynada olduğu kimi, Rus kəşfiyyatı regionu tanımır. Regionla bağlı hesablamaları yanlışdır. Bütün bunlar alınmayanda, Rusiya, açıq təhdidlərə başlayıb. Ermənistanı Ukrayna ssenarisi ilə təhdid edir. Çünki, Putin, heç bir xalqın, o cümlədən rus xalqının, rifah içində yaşamasını istəmir.
İndi gəlib başlayarlar ABŞın törətdiyi cinayətləri şərh yerində sadalamağa. Elə bilirlər ki, Rusiyanı tənqid etmək üçün ABŞ-ı tərifləmək lazımdır.
