23 C
Bakı
19 Oktyabr 2026 12:36
DünyaGündəmMuharibə

Ukraynanın müxtəlif bölgələrində inşa edilən müdafiə xətlərinin tikintisinə dair görüntülər

Bu, köhnə müharibə filmlərindəki kimi klassik səngər və bunkerlərdən ibarət sistem deyil, daha çox nəqliyyat və piyada əleyhinə xəndəklərdən, torpaq bəndlərdən, tikanlı məftil sıralarından, tank əleyhinə maneələrdən və mina sahələrindən ibarət xəttlərdir.

Bu mühəndis qurğularının məqsədi Rusiya Silahlı Qüvvələrinin piyada və texnika ilə irəliləməsini dayandırmaqdır. Nəticədə hücum edən qüvvələr belə xəttlərin qarşısında toplanmağa məcbur qalır və yalnız dar keçidlərdən istifadə edə bilir. Bu keçidlər isə artilleriya və dronlarla asanlıqla atəşə tutulur və hücum edən tərəfə ağır itkilər verdirə bilir.

Mənbə :Ormilitarism

 

Tofiq Şahmuradov

Tacxeber.com

Oxşar xəbərlər

Xəzər dənizindəki bir ada dayazlaşma səbəbindən yarımadaya çevrilə bilər

redaktor

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Zelenski Trampı tənqid edir və ABŞ seçkilərini gözləyir

redaktor