DünyaGündəmİdman

“Bavariya” hakimdən narazıdır – UEFA-ya şikayət ediləcək

“Bavariya” Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ ilə cavab görüşündəki hakim idarəçiliyindən narazı qalıb.

“Sky Germany” xəbər verib ki, Münhen klubu yaxın vaxtda Joao Pineyronun qərarları ilə bağlı UEFA-ya rəsmi şəkildə şikayət ünvanlamağı planlaşdırır.

Almaniyanı klubunu ən çox narazı salan epizod isə Joao Neveslə bağlıdır. Klubun iddiasına görə həmin epizodda top PSJ-nin futbolçusunun əlinə dəyib və rəqib qapısına penalti verilməli idi. Həmin epizodda isə VAR-a müraciət edilməyib.

Oyundan sonra “Sky Germany”yə danışan “Bavariya”nın baş direktoru Jan-Krristian Dreesen hakim João Pineyronun bu səviyyədə bir matçı idarə etmək üçün tələb olunan təcrübəyə malik olmadığını deyib: “Ən azından təəccüblüdür ki, Çempionlar Liqasında cəmi 15 oyun keçirmiş hakimin belə bir matçı idarə etməsinə icazə verilir. Və bu, bəlkə də bəzi qərarları da izah edir”.

Xatırladaq ki, komandaların ilk oyununda PSJ 5:4 hesabı ilə qalib gəlib. Ötən gecə keçirilən görüşdə isə 1:1 hesabı qeydə alındığından finala Paris təmsilçisi çıxıb. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Səs Azərbaycan”ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

redaktor

Tramp: “Hindistan və Rusiyanı Çinə uduzduq” – FOTO

redaktor

Paşinyan və Mirzoyan Bakıya COP29 tədbirinə dəvət alıblar.

admin