Ukrayna Rusiyanın “kölgə donanması” gəmilərinə və Kalibr raketləri daşıyan gəmiyə zərbələr endirildiyini elan edib.
Vladimir Zelenski-nin sözlərinə görə, Novorossiysk limanının girişində neft daşımaq üçün istifadə edilən iki gəmiyə zərbə endirilib. “Onlar bir daha olmayacaq”, – deyə Ukrayna prezidenti şərh edib.
O, həmçinin Kalibr raketləri daşıyan “Karakurt” sinifli raket gəmisinin sıradan çıxarıldığını bildirib.
Bundan başqa “Madyar Quşları” aprel ayında 38 Rusiya hava hücumundan müdafiə bölməsini məhv edib. 1-2 mayda daha 4-ü məhv edilib.
Siyahıya “Buk-lar”, “Tor-lar”, “Pantsir-lər”, “Os-lar”, eləcə də S-400 komponentləri də daxil olmaqla əsas radarlar daxildir.
Onlar sadəcə avadanlıqları məhv etmirlər- işğalçının “gözlərini” və “qalxanını” çıxardılar.
İndi isə uçan hər şey daha dəqiq yerə enir.
