29.6 C
Bakı
06 Avqust 2026 16:47
CəmiyyətGündəmQalmaqal

Həkim müalicədən imtina etdi, qazi özünü “Milli Onkologiya Mərkəzi”nidə partlatdı

Bu gün saat 14 radələrində Bakıda – “Milli Onkologiya Mərkəzi”nidə partlayış baş verib. Nəticədə müalicə almağa gələn xəstə ölüb, həkim ağır yaralanıb.

Belə ki, Qarabağ qazisi və onkoloji xəstə olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu müalicəsi üçün lazım olan həkim dəstəyini ala bilməyib. Xəstəxanaya ödəməyə, həkimə verməyə pulu olmayıb. Buna etiraz olaraq özüylə gətirdiyi partlayıcı vasitəni müalicə müəssisəsinin Radiologiya şöbəsində partladıb. Nəticədə özü həyatını itirib, həkim Nəsirov Asif Akif oğlu ağır yaralanıb.

Hadisə ilə bağlı Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb. (TimeTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə apelyasiya məhkəməsi başlayıb

redaktor

“Biz hələ “Tik Tok”un əxlaqımıza təsirində qalmışıq”- Zaurdan Rəşad Məcidə

redaktor

Türkiyəli diplomat: “Azərbaycan sülh sazişini Konstitusiya məsələsini sonraya saxlayaraq imzalaya bilər”

admin