Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Türkiyə və Bolqarıstan NATO çərçivəsində Ukraynanı dəstəkləməklə Qara dənizə ekoloji zərərin vurulmasına dolayı yolla şərait yaradır.
Onun sözlərinə görə, alyansın üzvləri olaraq hər iki ölkə Kiyevə hərbi və maliyyə yardımı ilə bağlı qərarlara görə məsuliyyət daşıyır.
“Siyasi dəstək aktları, maliyyələşdirmə, birbaşa silah tədarükü və hər cür informasiya yardımı ilə onlar, əslində, ölkələrini əhatə edən dənizə zərbə endirilməsinə yardım edirlər”, — deyə diplomat qeyd edib.
Zaxarova dəqiqləşdirib ki, söhbət məhz Qara dənizə vurulan “ekoloji zərbə”dən gedir.
