Əvəz Zeynallı. Jurnalist, yazar, cəmiyyətdə də tanınmış və tərəfdarı çoxdur. Şəxsi tanışlığım, canlı, ya şifahi münasibətim olmayıb, yadıma gəlmir. Televerilişində olmamışam, nə o təklif etməyib, nə də ki buna təşəbbüs etməmişəm.
Ancaq, ölkə vətəndaşıdır, həbsdə olub, orada ağır xərçəng xəstəliyinə tutulub, ona görə azad edilib, kitablarını satır ki, vəsaitlə müalicə alsın. Sual budur: niyə ölkəsinin hökuməti, ağır xəstə jurnalist yazara, sabiq dustağa köməyini etmir?
Əvəz Zeynallı 2022-də niyə, hansı prosessual qayda-qanunla istintaq, ittiham olunub, həbs edilib, bir kriminal sahə üzrə hüquqşünas kimi kənara qoyuram. Çünki, həmin işlə dərin tanış deyiləm və həm də ki, insan artıq azad edilib.
Əvəz bəyin həbsxanada xəstələnməsilə bağlı az dayanaq, tibbi-ekspert kimi, fikrimi deyim.
Həbsxanada aşkar olan 4-cü dərəcə xərçəng xəstəliyi, tibb elmi sübutları ilə ən azı 2 il əvvəl başlayıb, yəni ki, həbsxanada. Məhkumlar isə, qayda üzrə, orada vaxtlı-vaxtında müayinədən keçirilməlidirlər. Və ilkin zamanından bu aydın olsaydı və intensiv müalicə alsaydı, xəstəliyin inkişaf qarşısı xeyli alınar, bu dərəcə metastaz verməzdi, yəqin ki. 4-cü stadiya səviyyəsində.

Belə görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Tibbi İdarəsi zəif yanaşmış öz işinə. bilmək lazımdır ki, həbsdə olan şəxslər xeyli məhdud şəraitdə, seçim imkanı olmayanlardır ki, istədikləri vaxt, istədikləri klinikaya gedib özlərini müayinə və müalicə etdirsinlər. Nə isə, bu tərəfi də kənara qoyaq, Əvəz bəy xərçəng məlum olan kimi, dərhal azad edilib, həm də Penitensiar Xidmətdən nəsə şikayət etməyib.
Söhbəti bu günkü konkret durumun üzərindəki real konstruktiv hissəyəə gətirək. Həbsdəki, bu ağır xəstə insanı Penitensiar sistem dərhal da azad edib, məhkəmənin qərarı ilə. Və bu hansı hüquqi əsasla edildi? Dövlətin humanist yönlü siyasət qaydalarına əsasən təbii ki, yəni getsin öz azad və sərbəst müalicəsi ilə məşğul olsun.
Sual var… Yaxşı bəs, həbsdən azad ediləndən sonra, dövlətin müəssisəsində xəstəlik tapan vətəndaşın sonrakı taleyi necə olsun? Necə və hansı imkanla bu ağır bəlanı müalicəi etdirsin?Həbsdən buraxılan kimi, dövlətin humanizmi bitirmi? Azadlıqda özü-özünə müalicəmi olur?
Ən azı, dövlətin həbsxana şəraitində məhkum (hətta, səbəbindən də asılı olmayaraq) bu ağır xəstəliyi tapıbsa, dövlətin humanizmə davam etməsi lazımdır. Azadlıqda, Dövlətin, əhalinin sosial müdafiəsi üzrə mərkəzi icra orqanı var, Nazirliyi var, estafeti, yəni keçmiş məhkumun müalicəsini də yəqin ki, o üzərinə görülməlidir. Keçmiş dustaq da, təbii, əhali sırasındadır də.
O sosial nazirliyin sosial informasiya sistemi yoxdurmu, ona heçmi məlum deyil, KİV, sosial şəbəkələrdən bütün ölkə bildiyi vəziyyət ki, bir keçmiş dustaq jurnalist ağır xərçəng xəstəsi, maddi imkansız, sağlamlıq halsız halda çöldə, paytaxtın görkəmli guşəsində kitablarını satıb, özünü müalicə etdirmək istəyir? Düşünmürmü, o görkəmli yerdən keçən, Azərbaycanı istəyən və istəməyən xarici ölkə vətəndaş, jurnalistləri, dövlət adamları bu səhnəni görüb, nə düşünər, nə xəbər verər ölkəsi, regionuna? Ayıb deyilmi?


