“Qarabağ” klubu və baş məşqçi Qurban Qurbanovla bağlı ciddi ittihamlar səsləndirilir.
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevlə qalmaqalının arxasında pul məsələsinin dayandığı bildirilir.
Belə ki, hər şey komandanın futbolçusu Elvin Cəfərquliyevin mövsümün sonunda klubdan ayrılmağa hazırlaşdığını bəyan etməsindən sonra başlayıb.
Onun müqaviləsində “1+1” bəndi olsa da, uzadılması üçün qarşılıqlı razılıq tələb olunur.
İddiaya görə, futbolçu “Qarabağ”la müqaviləni uzatmaq niyyətində olmayıb və “Neftçi” ilə birbaşa təmasa keçərək 670 min manatlıq razılıq əldə edib.
Baş məşqçi Qurban Qurbanov və yaxın çevrəsi isə ona təzyiq göstərərək müqaviləni uzatmağa çalışırlar. Məqsəd Elvinin transferindən “Qarabağ”ın da qazanmasını təmin etməkdir.
Bu səbəbdən də onlar Elvinlə müqaviləni uzatmaq və onu “Neftçi”yə özləri sataraq qazanc əldə etmək istəyirlər.
Məlumatlı mənbə iddia edib ki, bu məqsədlə Elvinə şantaj cəhdləri belə olub. Belə ki, o, siqaret çəkdiyini əks etdirən fotolarının yayılması ilə hədələnib. Həmçinin Elvinin gecə həyatını qabardaraq onun “Neftçi” ilə bağlı qərarını dəyişməsinə cəhd göstərildiyi iddia olunur.
Məlumatda o da bildirilir ki, futbolçu bu təzyiqlərə boyun əymədiyi üçün əvəzedici heyətə göndərilib.
Mənbə məlumatların dəqiq olduğunda israr edir:
“İddianın yalan olduğunu düşünən varsa, gedib Elvinin özündən soruşa bilər”. (SAVASHMEDİA)
Tacxeber.com
Bizimlə əlaqə: [email protected]
