ABŞ prezidenti Donald Trampın qatıldığı Ağ Ev müxbirlərinin şam yeməyi yaxınlığında baş verən atışmada şübhəli bilinən Kol Allen həbsindən sonra hüquq-mühafizə orqanlarına prezident administrasiyasının rəsmilərini güllələmək istədiyini bildirib.
Bu barədə CBS News iki mənbəyə istinadən məlumat yayıb.
Başqa bir hüquq-mühafizə orqanı mənbəyi şübhəlinin hədəfinin konkret olaraq Tramp olduğunu demədiyini, yalnız “administrasiya rəsmiləri” olduğunu bildirib.
