Bu halda istedad da var, şərait də. Amma olmayan şeyin adı məhz oyunçu məsuliyyəti və etikasıdır.
Görünür, cəmiyyətimiz kimi, insanlarımız da dünyaya inteqrasiya edə bilmir, müasir münasibətlər sisteminə alışa bilmirlər.
Mən Qurbanov–Cəfərquliyev münaqişəsini dini fonda qətiyyən qiymətləndirmək istəməzdim.
Amma fakt budur ki, ölkədə yüzlərlə istedad ona verilən meydanı istifadə edə bilmir.
Birinin uğurdan başı gicəllənir, digərini pul qudurdur, üçüncüsü isə dini cərəyanların toruna düşür.
Deməli, məsuliyyətlə yanaşı, bizə ideoloji iş də lazımdır.
Üç-beş ildən sonra Elvin yaşlanacaq və heç kimə lazım olmayacaq. Lakin onun yerində başqalarının ibrət götürməsi vacib olan həyat hekayələri qala bilər.
Xaricə gedənlər oynadıqları komandada möhkəmlənməyə cəhd etmirlər, bir mövsümdən sonra qayıdıb anasının dizinin dibinə qaçırlar. Ya da burada ulduzu parlayanları bir daha tanımaq olmur ki, psixoloji durumlarını başa düşəsən.
Elvin böyük bir mərhələnin astanasındadır: davranışı ilə ya nümunə olacaq, ya da TikTok ulduzuna dönüb orda-burda “Başuaaa” deyib qışqıracaq.
