15 C
Bakı
22 Aprel 2026 19:52
CəmiyyətQalmaqal

Ismayıllıda yerləşən sənədsiz “Aysu”ya niyə Kəmaləddin Heydərov da göz yumur?

İsmayıllıda fəaliyyət göstərən “Aysu” şadlıq sarayı ilə bağlı ortaya çıxan faktlar artıq sadəcə iddia deyil, açıq-aşkar qanunsuzluq və özbaşınalıq nümunəsidir. Mediaya sızan məlumatlara görə, bu obyekt 50.000 manat rüşvət hesabına tikilib və tikinti zamanı heç bir qanuni prosedura əməl olunmayıb.

Əgər bu doğrudursa – bu, təkcə bir sahibkarın deyil, bütöv bir sistemin iflasıdır.

Şəhərsalma və Arxitektura Komitəsi bu tikintidən xəbərsiz olubsa, bu, onların səriştəsizliyidir. Xəbərləri olubsa və susublarsa – bu artıq açıq korrupsiyadır. Eyni sözlər Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət və yanğın nəzarəti qurumlarına da aiddir. Ya görməyiblər – bu halda məsuliyyətsizlikdir, ya da görüblər və göz yumublar – bu isə rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir.

Məsələ ictimailəşən kimi rayon rəhbərliyinin təşvişə düşməsi də təsadüfi deyil. “Aysu” şadlıq sarayının rəhbəri Ağakərim Dəmirovun və aidiyyəti şəxslərin narahatlığı bir şeyi açıq göstərir: ortada gizlədiləcək ciddi faktlar var.

Cənab nazir, Kəmaləddin Heydərov!

Siz illərdir qanunsuzluqlara qarşı mübarizə apardığınızı bəyan edirsiniz. Bəs bu konkret halda niyə susursunuz? Niyə sizin qurumlarınız qanunsuz tikintiyə reaksiya vermir? Niyə sənədsiz fəaliyyət göstərdiyi iddia olunan obyekt bağlanmır?

Yoxsa bu obyektin arxasında elə qüvvələr dayanır ki, dövlət qanunları onların qarşısında aciz qalır?

Əgər ortada rüşvət yoxdursa – bunu sübut etmək çox sadədir: bütün icazə sənədlərini açıq şəkildə ictimaiyyətə təqdim edin. Əks halda, bu susqunluq yalnız bir şeyi təsdiqləyir – qanun pulla susdurulub.

Ən ağrılı məqam isə budur: adi vətəndaş bir qaraj tikmək üçün illərlə süründürülür, amma belə iri obyektlər heç bir maneə olmadan fəaliyyət göstərir. Bu, artıq ikili standart deyil – açıq ədalətsizlikdir.

Bu gün “Aysu” şadlıq sarayı məsələsi təkcə bir obyektin deyil, bütöv bir korrupsiya mexanizminin simvoluna çevrilib.

Əgər dövlət qurumları hələ də susacaqsa, bu susqunluq sabah daha böyük qanunsuzluqlara yol açacaq.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Monitorinq Qrupu Qənirə Ataşovaya edilən təhdidlərlə bağlı toplantı keçirdi

redaktor

Sahil Babayev islahatlara BAŞLADI – Bəzi şöbələr LƏĞV EDİLDİ

redaktor

Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi klinika isə…

redaktor