11 C
Bakı
21 Aprel 2026 22:19
Cəmiyyət

İşıqlı adamları qaranlıqda qoymayın

Güləşçinin öz idman ayaqqabısını soyunaraq güləş döşəyinin ortasında qoyması onun idman karyerasını bitirməsi deməkdir.

Az əvvəl qarşıma bir video çıxdı. Məğlubiyyəti həzm edə bilməyən güləşçi öz ayaqqabılarını çıxarıq idmana əlvida demək istəyərkən məşqçisi ona imkan vermədi. Bəlkə də, həmin məşqçi onun gələcək uğurlarının səbəbkarı oldu. Məşqçinin həmin hərəkəti mənə elə insanları xatırlatdı ki, onlar daim istedadlı insanların uğurlarına inanıb və onlara dəstək olublar.

Hər kəs çalışmalıdır ki, gələcəyi parlaq olan insanların xırda çətinliklər qarşısında sınmasına imkan verməsin. Əgər həyatınızda cəmi bircə nəfəri bu cür xilas etsəniz özünüzlə fəxr edə bilərsiniz. Amma bəzən nə görürük?….heç bir qabiliyyəti, istedadı olmayan insanların önə çəkilməsini. Bir nəfər tanıyıram, iş adamıdır. Təxminən bir ay bundan əvvəl oturub söhbət edərkən dedi ki, mən də o gün tik-tokda filankəsin (hansısa geyin) canlı yayımında şir atdım. Açığı buna təcübləndim, hələ bir az da acığım tutdu. Dedim axı sən ağlı başında olan adamsan, o atdığın şirin qiyməti 700-800 manatdır. Bu hədiyyəni ona atmaqdansa, xərcəng xəstəliyindən əziyyət çəkən və hazırda öz kitablarını satmaqla məşğul olan jurnalist Əvəz Zeynallıya yardım edərdin. Dedi ki, şir atdığım adam bizi çox güldürür, içi sən qarışıq Əvəz kimi adamlar isə beynimizi yükləyir. Həyata bir dəfə gəlmişik, ona görə gülə-gülə yaşamaq istəyirəm.

Bu statusumu yəqin həmin adam da oxuyacaq. Elə orda dediyimi burda da deyirəm. Nə qədər ki, biz gülməli olan şeyləri ağlamalı şeylərdən üstün tutacağıq sonumuz yaxşı olmayacaq. Axı biz dəyərlərə həmişə qiymət verən xalq olmuşuq. Qoymayaq ki, dəyərlərimiz itsin. Bir yazıçı və hüquqşünas olaraq sizdən xahiş edirəm. İstedadlı, vətənpərvər, işıqlı və dövlətini sevən insanlara qiymət verəyin. Xalqımızın gələcəyi məhz bundan asılıdır.

 

Müşfiq Abbasov

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda DƏHŞƏT: Yeni evlənən gənc kreditə görə özünü yandırdı – YENİLƏNİB

admin

Tağı İbrahimov partlayış olan mebel sexindən danışdı: “Qardaşım yalan deyir…”

redaktor

Köhnə, yoxsa yeni avtomobillər?

admin