Kosmodromu olmayan və ümumiyyətlə peyklərin buraxıla biləcəyi heç bir yeri olmayan ölkə peykləri təyyarələrdən buraxmaq proqramı hazırlayıb. İlon Mask-ın orbitdə 10 167 peyki var.
Rusiya “Starlink”dən məhrum olduqdan sonra Maska “çatmağa” çalışır və buna görə orbitə bacardığı qədər peyk göndərir-ayda təxminən 16 ədəd Hazırda Rusiyanın orbitdə cəmi 60–80 peyki var və bu templə Maska təxminən 52 ilə çatacaq (o vaxta qədər Rusiyanın nə vəziyyətdə olacağı isə sual altındadır).
Ukrayna isə “Maska çatmaq və ötüb keçmək” yolunu seçməyib. Ukraynada Orbit Boy adlı, hava startlı raket-nəqliyyat sistemi layihələndirilib. Ən maraqlısı odur ki, layihə hələ Pyotr Poroşenko dövründə başlanıb (məsələn “Neptun”, “Boqdan” kimi layihələr də o vaxtdan var), amma o zaman maliyyə tapılmayıb… Sonra müharibə başlayıb, lakin 2025-ci ilin oktyabrında raketin havadan atılma sınaqları keçirilib -yəni raket artıq hazırdır, indi sınaqlardan keçir və yaxın aylarda “seriyni” istehsala keçə bilər.
Ukraynada piyada ehtiyatı çatışmırdı -dronlar yarandı.
Ukraynada donanma yox idi – dəniz dronları yarandı.
Ukraynada kosmodrom yoxdur -təyyarədən buraxılış olacaq.
Üstəlik: belə raketlər “isti çörək kimi” satıla bilər, çünki dünyanın çox ölkəsində kosmodrom yoxdur.
