23.4 C
Bakı
06 İyun 2026 13:26
CəmiyyətDinDünyaGündəm

İsanın heykəli müsəlmanların deyil məhz xristianların yaşadığı ərazidə təhqirə məruz qalıb

Livanın cənubunda İsrail əsgərinin İsanın heykəlini çəkiclə vurduğunu göstərən foto geniş rezonansa səbəb olub.
İsrail Baş naziri Benyamin Netanyahu “şoka düşdüyünü və kədərləndiyini” bildirib. Xarici işlər naziri Gideon Saar “Bu hadisəyə görə hissləri təhqir olunan hər bir xristiandan üzr istəyirik” deyib.

Yerli sakinlər heykəlin İsrailin Hizbullahla müharibəsi zamanı sakinlərin qaldığı münaqişə zonasındakı azsaylı Livan kəndlərindən biri olan Debalın kənarındakı şəxsi evin yaxınlığında çarmıxa çəkildiyini bildirirlər.

Bu hadisə maraqlı faktları ortaya qoyur. Xristianlığın simvolu olan İsa peyğəmbərin heykəli ilə belə davranan İsrail əsgəri müsəlmanların müqəddəs məkanları və şəxsiyyətlərinə necə münasibət göstərərdi. İsrail Livanda yerləşən Hizbullah silahlılarına qarşı mübarizə apardığını bildirir. İsanın heykəli isə müsəlmanların deyil məhz xristianların yaşadığı ərazidə təhqirə məruz qalıb. Deməli İsrailin Livana hücumdan məqsədi təkcə Hizbullah deyil bütün Livandır. Xristianl, müsəlmanlı, druzlu Livan.

 

Alimusa İbrahimov

Tacxeber.com

Oxşar xəbərlər

Qordon: Krıma od vurulacaq, körpü qalmayacaq

redaktor

“Bütün Ukrayna bizimdir” – Putin

redaktor

İğtişaşlar zamanı Makron konsertdə olub… – VİDEO

redaktor