CəmiyyətGündəmHadisə

Paytaxtda nə az, nə də çox 100 min bina sökülür

Bakı şəhərinin Baş planında 100 min binanın söküləcəyinə dair heç bir məlumat yoxdur.

Bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Mətbuatda “Bakının Baş planına əsasən 100 min binanın söküləcəyi”nə dair yanlış xəbərlər dərc edilib. Baş planda belə bir məlumat öz əksini tapmır və bu informasiya Komitə tərəfindən verilməyib”, – məlumatda bildirilir.

Qeyd edək ki, mətbuatda “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən 12 rayonun ərazisində ümumilikdə 100 minə qədər binanın söküləcəyinə dair xəbərlər yayılıb. (Valyuta.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiyanın ABŞ ümidli sülh istəyi…

redaktor

Prokuror AXCP üzvü Kənan Basqala 10 il həbs istəyib

admin

AXCP daha bir üzvünün saxlandığını bildirir

admin