Yaxın Şərqdə baş verən hadisələr nəticəsində neft qiymətində ciddi artım yaşanır və Rusiya bu artımdan istifadə edib əlavə gəlirlər əldə etməyə çalışır.
USQ isə öz növbəsində Rusiyanın əlavə gəlirlərin əldə etməsinə əngəl yaratmaq üçün neft bazalarına və neft emalı zavodlarına zərbələri kəskin intensivləşdirib və gücləndirib.
17 apreldən 18 aprelə keçən gecə USQ-nin zərbə endirdiyi obyektlərin(söhbət ancaq neft sənayesinə aid obyektlərdən gedir) siyahısına diqqət yetirək:
– Sevastopolda neft bazası;
– Sızranda neft emalı zavodu;
– Novokuybışevskdə neft emalı zavodu;
– Tixoretskdə neft bazası;
– Vısotskda dəniz limanı.
Qeyd edək ki, Vısotsk dəniz limanı Rusiya neft məhsullarının idxal loqistikasının əsas mərkəzlərindən biridir.
Sonra
Şəkilə diqqətlə baxın. USQ-də dronların üzərinə teplovizorlar quraşdırılır və onların vasitəsilə hansı neft anbarın dolu, hansının isə boş olduğu müəyyən edilir(yaşıl nöqtəli anbarlar dolu, qırmızı nöqtəlilər isə boşdur). Nəzərə alsaq ki, dron/raket zərbələri dalğavari endirilir, dolu anbarlar aşkar edilən kimi dron/raket “yağışı”na məruz qalır. USQ-nin texnoloji üstünlüyü artıq öz sözünü deməyə başlayır və əgər əvvəl keyfiyyət/kəmiyyət nisbətində kəmiyyət Rusiyanın, keyfiyyət isə Ukraynanın tərəfində idisə, hal-hazırda hər ikisi USQ-nin tərəfindədir və bu, döyüş meydanında nəinki öz sözünü deyir, hətta “game changer” faktorunu oynayır.
Və nəhayət
Kütləvi zərbələrə imkan yaradan təbii ki, Rusiya HHM sistemlərinə və digər hərbi infrastrukturuna dayanmadan endirilən zərbələrdir. Misal üçün əgər biz 18 aprel gecəsindən danışırıqsa, həmin gecə də Rusiya donanmasına aid “Yamal”, “Azov” və naməlum digər desant gəmiyə zərbələr endirilib. Bundan əlavə Krımda rusların “Delfin” komunikasiya sistemi və MR-10M1 “Mis-M1” radiolokasiya stansiyası zərbələrə tuş gəlib.
