DünyaSiyasət

ABŞ prezidenti qəzəbini Meloniyə yönəldib

Tramp bütün müttəfiqlərini itirib: ABŞ prezidenti hətta sağçı populistlər üçün də arzuolunmaz hala gəlib.

Politico-ya görə, Orbanın Macarıstandakı məğlubiyyətindən sonra Trampın açıq dəstəyinin “ayı xidməti” və əks-təsir göstərə biləcəyi məlum oldu.

ABŞ prezidentinin Avropaya qarşı aqressiv siyasəti və Yaxın Şərqdəki müharibə onu hətta müttəfiqləri üçün də arzuolunmaz hala gətirib.

Marin Le Pen partiya yoldaşlarına Trampdan uzaq durmağı tapşırıb.

İndi Avropadakı bir çox sağçılar öz bazalarını qorumaq üçün Trampla əlaqə qurmaqdan çəkinməyə çalışır.

Ağ Ev sahibi hətta ona qarşı son dərəcə müsbət münasibəti olan Giorgia Meloni ilə mübahisə etməyi bacarıb.

Məsələ ondadır ki, Tramp Papaya hücum edib və İtaliya Baş naziri papanı müdafiə edib. Bundan sonra ABŞ prezidenti qəzəbini Meloniyə yönəldib.

 

Sədrəddin Əhmədov

Tacxeber.com

Oxşar xəbərlər

“Şəhid qardaşımın oğlu soruşur ki, əti yalnız Cənnətdə yeyə biləcək?.. Cavab verməkdə çətinlik çəkirəm…”

redaktor

Əvəz Zeynallı xəstəliyi ilə bağlı əfv edilə bilər? – Komissiya üzvü ən vacib şərti açıqladı

redaktor

Netanyahu: Qəzza silahsızlaşdırılıb yenidən tikilməlidir

redaktor