22 C
Bakı
23 Oktyabr 2026 14:30
Dünyaİdman

Avroliqa: Yarımfinala hansı klublar adladı?

Bu gün UEFA Avropa Liqasında 1/4 finala yekun vurulub.

Bununlada bütün yarımfinalçıların adına aydınlıq gəlib.

1/4 final mərhələsinin cavab qarşılaşmalarının hamısı eyni gündə keçirilib. “Selta” “Frayburq”a, “Betis” “Braqa”ya uduzub. “Nottinqem Forest” “Portu”ya, “Aston Villa” isə “Bolonya”ya qalib gəlib. Beləliklə, ilk matçların və cavab oyunlarının cəmində “Frayburq”, “Braqa”, “Nottinqem Forest” və “Aston Villa” yarımfinala yüksəliblər.

Bu mərhələdə “Aston Villa” “Nottinqem Forest”lə, “Frayburq” isə “Braqa” ilə qarşılaşacaq.

UEFA Avropa Liqası, 1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. “Selta” (İspaniya) – “Frayburq” (Almaniya) – 1:3

Qollar: Svedberq, 90+1 – Matanoviç, 33, Suzuki, 39, 50

İlk oyun – 0:3

23:00. “Betis” (İspaniya) – “Braqa” (Portuqaliya) – 2:4

Qollar: Antoni, 13, Ezzalzuli, 26 – Viktor, 38, Karalyo, 49, Horta, 53-pen; Qorbi, 74

İlk oyun – 1:1

23:00. “Nottinqem Forest” (İngiltərə) – “Portu” (Portuqaliya) – 1:0

Qol: Qibbs-Uayt, 12

Qırmızı vərəqə: Bednarek, 8 (“Portu”)

İlk oyun – 1:1

23:00. “Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya) – 4:0

Qollar: Uatkins, 16, Bendia, 26, Rocers, 39, Konsa, 89

İlk oyun – 3:1

Yarımfinal

“Aston Villa” (İngiltərə) – “Nottinqem Forest” (İngiltərə)

“Frayburq” (Almaniya) – “Braqa” (Portuqaliya) (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Anastas Mikoyan və Fidel Kastro

admin

Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT

admin

Türkiyədən gələ biləcək təhlükələrdən necə qorunmalı?

redaktor