Sabir Rüstəmxanlı illərlə Turandan danışdı. Türk birliyindən danışdı. Bütöv Azərbaycandan danışdı.
İndi isə eyni xəttin içindən çıxan adamlar Xomeyni kimi bir ideologiyanın simvolunun yasına qatılmağı əsaslandırmağa çalışır. Sual sadədir: Turandan danışan adamın ailəsi niyə türk dünyasına qarşı mövqedə olan sistemin yanında görünür?
Bu nədir? Siyasət? Diplomatiya? “İncə balans”? Yoxsa sadəcə ziddiyyət?
İllərlə çıxıb türkçülükdən danış, sonra isə həmin türkçülüyün tam əksində dayanan sistemin yanında görün, bu nə deməkdir?
Turandan danışan bir xətt necə olur ki, türk dünyasına qarşı ideoloji mövqe ilə tanınan bir sistemin simvolik fiqurunun yasına qatılır?
Ya o vaxt doğru danışmamısan, ya da indi doğru mövqedə deyilsən. Üçüncü variant yoxdur.
Türkçülük dekorasiya deyil ki, lazım olanda istifadə edəsən, lazım olanda kənara qoyasan.
Türkçülük ya mövqedir, ya da rol. Rol isə bir gün bitir.
Bəli. Türkçülük ya mövqedir, ya da maska. Maska isə bir gün düşür. Eyni vaxtda iki stulda oturmaq mümkün deyil.
Təəssüf ki, dağ bildiklərimiz heç təpə də deyilmiş…
