İran prezidenti Məsud Pezeşkyan ABŞ lideri Donald Trampın Papa XIV Leoya qarşı hücumlarını pisləyib və ona dəstəyini bildirib.
İran lideri sosial mediadakı paylaşımında din xadimlərinə qarşı edilən hər hansı bir təhqiri qınayıb və mənəvi simvollara hörmət etməyin vacibliyini vurğulayıb. Pezeşkian yazıb: “Böyük İran xalqı adından Zati-alilərinizə ünvanlanan təhqirləri qınayıram və sülh və qardaşlıq peyğəmbəri İsanın təhqir edilməsinin heç bir azad insan üçün qəbuledilməz olduğunu bəyan edirəm”.
Bundan əvvəl Donald Tramp Katolik Kilsəsinə rəhbərlik edən ilk amerikalı olan Papa XIV Leonun müharibə əleyhinə açıqlamalarından sonra “bu Papanın cinayətkarlıq və xarici siyasət məsələlərində zəif olduğunu” bəyan etmişdi. Tramp iddia etmişdi ki, onun prezidentliyi olmasaydı, amerikalı papa seçilməzdi.
