DünyaGündəmSiyasət

Macarıstan qayıdır!

Peter Magyarın partiyası konstitusion çoxluq qazanıb və bu, konstitusiya islahatlarını həyata keçirməyə imkan verəcək.

Bu seçkilərdə Orbanı Trump, Putin, Robert Fitso, Vuçiç, Navrotski, Netanyahu və Çin açıq şəkildə dəstəkləyirdi və yaşanan məğlubiyyət həm də onların məğlubiyyətidir. Trampın dəstəyi yenə də əks effekt verdi. Orbanın Rusiyanın tövsiyəsi ilə seçki kampaniyasının mərkəzinə Ukrayna və Zelenski mövzusunu qoyması uğursuz oldu. Orban və xarici işlər naziri üçün cinayət işlərinin başlanması gözlənilir.

Magyar iki əsas bəyanat verib: Macarıstan yenidən Aİ və NATO daxilində güclü müttəfiq olacaq. Ölkə öz maraqlarını müdafiə edən güclü tərəfdaş kimi çıxış edəcək, çünki Macarıstanın yeri Avropadadır.
O bildirib ki, baş nazir kimi ilk səfəri Varşavaya, sonra Vyanaya, daha sonra isə Brüsselə olacaq.

Həmçinin Macarıstanın Avropa Prokurorluğuna(European Public Prosecutor’s Office) qoşulacağını və bunun Aİ fondlarından 17 milyard avrodan çox vəsaitin açılması üçün mühüm addım olacağını vəd edib.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Maskın istefasını TƏSDİQLƏDİ – “Bu, onun son günü olacaq”

redaktor

İslamda aşura deyilən bir şey yoxdur

admin

“Melhame-i Kübra” və Qazi Mustafa Kamal paşa

admin