DünyaSiyasət

Seçkili avtoritarizmdən çıxış yenə seçki yolu ilə oldu

Bu, Avropa və dünya siyasətində çox pozitiv, hətta tarixi əhəmiyyətli hadisə və presedentdir. Macarıstan çox kiçik ölkə olsa da, bu seçkilərin siyasi nəticələri onun hüdudlarına sığmayacaq qədər vacibdir.

Bu gün Orbanla bərabər:

Putin uduzdu;

Tramp uduzdu;

Netanyahu uduzdu;

Ərdoğan uduzdu…

Macar xalqı o qədər bezibmiş ki, səhər saat 6‐dan etibarən səsvermə məntəqələrini doldurmağa başladılar və yüksək aktivlik nümayiş etdirdilər. Xüsusən gənclik 1956 ruhu ilə demokratik bir inqilaba imza atdı.

Son məlumata görə, TİSZA 137 mandat qazanaraq konstitusion çoxluq əldə edir. (Konstitusion çoxluq üçün 133 mandat lazımdır). Bu nəticə günün qəhrəmanı, mükəmməl seçki kampaniyası aparmış Peter Magyara imkan verəcək ki, Orban dövründə başına oyun açılmış Konstitusiyanı (12 dəfə dəyişiklik edilmişdi) normallaşdırsın, siyasi sistemdə, dövlət bürokratiyasında, məhkəmə sistemində, Orbanın batırdığı iqtisadiyyatı ayağa qaldırmaq istiqamətində radikal dəyişikliklər, islahatlar həyata keçirsin. Avropa Birliyi Macarıstan üçün nəzərdə tutulan və dondurduğu milyardlarla avro həcmində subsidiyaları, digər fondları sərbəst buraxaraq bu məsələdə Magyar hökumətinə dəstək verəcək.

Bu arada, Orbanın məğlubiyyətini dərhal qəbul edərək rəqibini təbrik etməsi siyasi mədəniyyət nümunəsidir və Macarıstan üçün daha bir müsbət təcrübədir. Düzdür, onun bu davranışında səs fərqinin çox böyük olması da rol oynadı, amma olsun.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Əli Kərimliyə ittiham irəli sürülüb

redaktor

Niyə saxtakarlıq edirsiniz?

redaktor

PKK-nın mövqeləri darmadağın edildi – Akar

redaktor