Düz 5 il əvvəl Avropa, dünya həyacanla Fransadakı seçkinin nəticəsini gözləyirdi. Makron və Le Pen arasındakı yarışın nəticəsi dünyanın gedişini dəyişəcəkdi deyə.
Bu gün də Avropa, həm də dünya eyni həyacanla Macarıstanda Orban və Peter Madyar arasındakı mübarizənin nəticəsini gözləyir.
5 il əvvəl Le Peni Putin və Kremlə yaxın liderlər dəstəkləyirdisə, bu gün Orbanı Putin və ətrafı ilə yanaşı Tramp da dəstəkləyir.
Həqiqətən Avropa üçün, Ukraina üçün sabahkı seçkilərin nəticəsi düşündüyümüzdən də çox əhəmiyyətlidir.
Vəziyyət qorxuludur. Deyilənlər kimi deyil. Madyar 20-25 faiz fərqlə qalib gələcək deyənlər bir sıra deyilməyən, danışılmayan tendensiyaları nəzərə almırlar. Bu gün Orbanın böyük fərqlə uduzacağını deyənlər Trampın da məğlub olacağını düşünürdülər.
Ümid edirəm, arzu edirəm ki, macarlar nəhayət Orbanı yola salsınlar. Qoca Avropa özünə gələ bilsin, Ukraina düşürüldüyü durumdan xilas ola bilsin. Əks halda Avropa da, Ukraina da, elə dünya da pisə doğru gedəcək.
Vəziyyət o dərəcədə çətindir ki, qalib gələn namizəd 20-25 faiz fərqlə deyil, 2-2.5 faiz fərqlə qalib gələcək.

