Bu əslinə qalsa, ABŞ-İran münaqişəsinin sülh variantı deyil, müharibə variantı danışıqları idi. Əslində, tərəflər İslamabadda masa arxasında danışıqlar ilə müharibəni davam etdirdilər. Bir tərəf şərtlərilə hücum etdi, digər tərəfsə onları geri çevirməklə müdafiə olundu. Nəticə nədir?
Bu müharibə əslində isə ABŞ-İran yox, SEPAH- Tramp müharibəsidir. Burada sülh çətin olsun. Sülhün imitasiyası olar, sülhsevər görsənərək. Burada, ya SEPAH, ya Tramp məğlub olmalıdır. Yaxud, ya Tramp, ya da SEPAH qalib olmalıdır. Çünki bu yerdə azacıq geri çəkilən məğlubdur. Çünki, iş hala yetib ki, geri çəkilmə hər ikisinin öz dövlətindəki statusu varlığını həll edə bilər!
Və sual: Tramp, qələbə üçün bu qədər siyasi, nüfuz məcburluğunda, qələbənin verəcəyi bu qədər maddi və geosiyasi üstünlük marağında və qələbə üçün bu qədər hərbi potensialda ola- ola qələbəni sona yetirməyib, məğlub olarmı? SEPAH isə, özünüməhv razılaşmaya gedərmi?
Təbii ki, sülh, sabitlik hər variantdan üstündür. Ancaq, təəssüf ki, hər iki tərəfin bu cür, geriyə addımsız məcburi durumu müharibə yönlüdür. Hər halda, nəticə müəmmalıdIr. Görək nə olur.
